Əsas Səhifə > Dünya > MOLLALARIN GƏLHAGƏLİDİR

MOLLALARIN GƏLHAGƏLİDİR


14-02-2012, 12:32
MOLLALARIN GƏLHAGƏLİDİR

İRANDA BÖYÜK EHTİYATI OLAN YENİ NEFT YATAĞI TAPILIB

İranda yeni neft yatağı kəşf edilib.

“APA-ECONOMICS”-in “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Neft Arama Milli Şirkətinin rəhbəri Mahmud Muhaddis bildirib.

Onun sözlərinə görə, yeni kəşf edilən yataqda xeyli neft ehtiyatı var: “Ancaq bununla bağlı detalları yaxın günlərdə İranın Neft Nazirliyi açıqlayacaq. Ümumiyyətlə, şirkətimiz 2011-ci ilin əvvəlindən indiyədək 5 yeni neft yatağı kəşf edib”.

Qeyd edək ki, İranda daha əvvəl “Həyyam” neft yatağı və “Mədar” təbii qaz yatağının kəşf edildiyi açıqlanmışdı.


Geri qayıt