Əsas Səhifə > Dünya > Rusiya özü özünü cəncələ salıb - ARAŞDIRMA

Rusiya özü özünü cəncələ salıb - ARAŞDIRMA


27-12-2013, 14:22
Rusiya özü özünü cəncələ salıb - ARAŞDIRMA
Rusiya höküməti ölkədə yaşanan iqtisadi böhrana və yaxud iqtisadi geriləməyə görə Qərbi ittiham edirdi. Bu israrlı bildirişlər neçə illdir günahı kimlərdəsə görməklə vətəndaşa təsəlli vermək görüntüsü yaradırdı. Lakin, çox keçmədi, hökümət bunun əsl mənbəyini dövlətin özündə axtarmağa başladı. Hətta ötən həftə Rusiya dövlət başçısı Vladimir Putinin Federal Hökümət qarşısımdakı ilin yekununa həsr olunmuş məruzəsində bu yanaşma əksini tapmışdı. Belə ki, bir mənalı olaraq Putin Rusiya iqtisadiyyatında baş verənləri ölkədə düzgün iqtisadi mexanizmin olmaması səbəbi kimi izah etdi. Bunun başlıca səbəbini isə ölkə başçısı mövcüd olan demoqrafik siyasətlə əlaqələndirib. Hətta iqtisadi proqnozlar gözlənilən rəqəmi əks etdirmədi. Bu il iqtisadiyyatdakı 1.4 % artım ABŞ-la müqayisədə iki dəfə aşağıdır. Gələcək bir neçə ildəki artım tempi isə proqnozlaşdırılan nəticədən də aşağı- 2,8%-dan yuxarı olmayacaq.

VTB bankı bunun başlıca səbəbini ölkədə yaşanan demoqrafik problemlə əlaqələndirir. Yaxın onillikdə Rusiyada işçı qüvvəsinin hər il olmaq üzrə ilə 0.3-0.5% aşağı olacaq.

Alfa Bankı da ölkədə işçı qüvvəsinin çatışmazlığını bildirib. Belə ki, 2013-2016-cı illərdə xeyli enmə müşahidə olunacaq ki, bu da qeyd olunan illərdə Rusiyada işçı qüvvəsinin 2 milyon nəfər aşağı enəcəyi deməkdir.

Xatırladaq ki, təkcə 2010-2013-cü illərdə Rusiyada əhalinin sayı 3.4 mln. nəfərədək azalıb. Bu da kütləvi şəkildə əmək bazarında işçi qüvvəsinin çatışmazlığına ciddi səbəb olub. Nəticədə, Rusiyada hər işçi qüvvəsinin parametrinə üyğun olaraq bir saat ərzində yaradılan və ya istehsal edilən məhsul ABŞ-da istehsal və ya yaradılan məhsuldan 40% aşağıdır. Bu, heç şübhə yox ki, yaxın gələcəkdə Rusiyada yaşana biləcək iqtisadi tənəzzülə səbəb olacaq. Bu gün Rusiyada mövcüd olan 5%-dan çox işsizlik heç də, iqtisadiyyatın inkişaf tempindən deyil, əksinə, əmək bazarında yaşanan mövcüd durumdan asılıdır.

1991-ci ildən başlayaraq Rusiyada ölüm həddi doğum həddini bir neçə dəfə üstələyib. İlk dəfə 2013-cü ildə V.Putinin dediyi kimi, bu il doğum həddi cuzi fərqlə irəliləyib. Rusiyanın müstəqil ekspertləri bu problemdən çıxış yolunu yalnız ölkə iqtisadiyyatının zəruri ehtiyacı olan ciddi şəkildə islahatların aparılmasında görürlər. Təkcə bu illərdə Rusiyada 700-dən çox orta məktəb bağlanıb ki, bu da yeniyetmələrin işçı qüvvəsi rolunda iştirak etməsi səbəbindəndir. Bu da, hökümətin etirafı olaraq, olduqca ciddi problemdir. Rusiyanın demoqrafik siyasətində yaşanan anlar ölkənin hərtərəfli inkişafına günü-gündən ciddi sıxıntılar yaradır. Belə davam edərsə, yaxın bir neçə ildə Rusiyanı daha ciddi problemlər gözləyir.

-

Geri qayıt