Əsas Səhifə > Partiya > Gülağa Aslanlı: “Fuad Qəhrəmanlıya məsləhət görürəm ki...”

Gülağa Aslanlı: “Fuad Qəhrəmanlıya məsləhət görürəm ki...”


27-12-2013, 12:08
Gülağa Aslanlı: “Fuad Qəhrəmanlıya məsləhət görürəm ki...”
“Rüstəm İbrahimbəyovun fəxri sədr qalıb-qalmaması Müsavat Partiyasında müzakirə olunmayıb. R.İbrahimbəyov əgər Milli Şuranın fəxri sədrliyindən istefa veribsə, mən bunu müsbət qiymətləndirirəm. Amma mən onun Müsavat haqqında açıqlamalarını qəbul eləmirəm, onun dediklərinin Müsavata aidiyyati yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.

R.İbrahimbəyovun fəxri sədrlikdən istefa verərək Müsavat Partiyasını qınamasına və Fuad Qəhrəmanlının “Müsavat bununla istəyinə nail oldu” fikrinə münasibət bildirən G.Aslanlı qeyd edib ki, Fuad Qəhrəmanlı Müsavatı ittiham etməklə baş verən proseslərə yardımçı olmur: “Yaxşı olardı ki, F.Qəhrəmanlı Müsavat Partiyasının onlara təqdim elədiyi mütəffiqlik sazişi barədə danışsın. F.Qəhrəmanlını mən bu məsələdə ehtiyatlı danışmağı məsləhət görürəm”.

Geri qayıt