Əsas Səhifə > Cəmiyyət > POLİS MAYORUNA RÜŞVƏT "TƏLƏSİ"
POLİS MAYORUNA RÜŞVƏT "TƏLƏSİ"13-02-2012, 16:23 |
BAŞ ƏMƏLİYYAT MÜVƏKKİLİ RÜŞVƏT ALARKƏN YAXALANDI Sabunçu Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili rüşvət üstündə həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, fevralın 11-də Bakı şəhər sakini R. Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H. Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb. Fakta görə cinayət işi başlanılaraq istintaq aparılır. Geri qayıt |