Əsas Səhifə > Partiya > Rəsul Quliyev: “İbrahimbəyov “uşaq-muşağa” DƏRS VERDİ”

Rəsul Quliyev: “İbrahimbəyov “uşaq-muşağa” DƏRS VERDİ”


27-12-2013, 10:59
Rəsul Quliyev: “İbrahimbəyov “uşaq-muşağa” DƏRS VERDİ”
“Mən Rüstəm müəllimin yerinə olsaydım heç fəxri sədr olmağa razılıq verməzdim.” bu fikiri Hafta.az- a açıqlayan sabiq spiker, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev Rüstəm İbrahimbəyovun qərarını “uşaqlara verilən dərs” hesab edir:

“Biz hamımız uşaq olmuşuq və ən qəribəsi uşaqlıq illəri xatirələrdə daha çox həkk olub qalır. Hamınızın yadınızdadır bəzi uşaqlar həmişə uduzardı, həmişə uduzmağını boynuna almazdı gücü varsa zor tətbiq edərdi, gücü yoxsa dilini kəsməzdi. Adətən öyrəşmiş ki, sanballılar bu “uşaq-muşağa” baş qoşmazdılar. Bəzən belə xarakterlər, insanlarda ölənə qədər davam edir. Bizim müxalifətdə bir çoxları bu mərəzlə xəstələnib və müalicə olunmaq fikirləri yoxdur. Kimlərinsə bu isterik (vay şivən salan) hərəkətləri Rüstəm müəllimi əsəbiləşdirdi və nəhayət o, “uşaq-muşağa” baş qoşmamaq qərarına gəldi.

Sabiq spiker Cəmil Həsənlinin hərəkətini absurd hesab edir:
“Ən böyük paradoks Rüstəm müəllimin dostu qardaşı Cəmil Həsənli, Rüstəm İbrahimbəyov fəxri sədr deyilsə (bu onun təklifi idi) mən sədr qala bilmərəm demək əvəzinə, “nə olsun o, MŞ-nın üzvü kimi fəaliyyət göstərəcək”-deyə elan etməsidir.
Rəsul Quliyev müxalifətin bu gündən sonrakı halını da şərh etdi:

“İndi arenada olan müxalifət üçün yeganə bir proqnoz ola bilər. Təntənə ilə növbəti məğlubiyyətə hazırlaşmaq.”

Geri qayıt