Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > İrandan müalicədən qayıdan vətəndaşı gömrükçülər döydü

İrandan müalicədən qayıdan vətəndaşı gömrükçülər döydü


27-12-2013, 08:30
İrandan müalicədən qayıdan vətəndaşı gömrükçülər döydü
Cəlilabad rayon sakini başına gələnlərlə bağlı baş prokurora müraciət etdi, kömək istədi

DİA.AZ: - Cəlilabad şəhəri V. Niftullayev küçəsi ev 32 də yaşayan Əliyev Fikirət Məhərrəm oğlu Baş prokuror Zakir Qaralova və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə şikayət məktubu ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Bildirirəm ki, qeyd etdiyim ünvanda yaşayıram. 26 dekabr 2013 cü il tarixində saat 15 radələrində İran İslam Respublikasından Tibbi müayinədə qayıdırdım. 3 dəfə Azərbaycanda onurğa sütünumdan əməliyyat olunmuşam. Bu dəfə müayinə məqsədi ilə İrandan qayıdarkən Biləsuvar Gömrük keçid məntəqəsində tanımadığım (görsəm tanıyaram) Elgün deyərək müraciət edilən şəxs mənə dedi ki, “soyun” və sonra da pasportumu əlimdən zorla aldı.

Mən onun kimliyi ilə maraqlandım. Dedi ki, “sənə dedim ki, soyun”. Mən ona özünü təqdim etməsini bildirdikdə tanımadığım 4 nəfər qollarımı burub, məni bir otağa saldılar. Burada məndən 100 manat pul tələb etdilər. Mən pulumun olsa da, onlara verməyəcəyimi bildirdikdə, mənə dedilər ki, “səni həbs edirik”.

Bilmək istəyirəm, nə vaxtdan gömrük işçiləri vətəndaşları həbs etmək səlahiyyətindədirlər?

Məni döymək istədilər, qollarımı burub itələdilər, mənə qarşı zor tətbiq etdilər. Hal - hazırda mənə yetirilmiş xəsarətlər sağlıq durumumda narahatçılıq yaradıb. Onurğamda 4 yerdə problem var, onurğa yırtığı deyilən xəstəlikdən əziyyət çəkirəm. Bəzən ayaqlarım tutulur, yeriyə bilmirəm. Gömrük işçilərinin mənə zor tətbiq etmələrindən sonra özümü pis hiss edirəm. Onurğamda xəstəliyim bir az da gücləndiyindən müalicəyə ehtiyacım vardır. Qollarım hazırda da məni narahat edir. Mən Azərbaycan Respublikasının vətəndaşıyam . Odur ki, xahiş edirəm, Biləsuvar Gömkük keçid məntəqəsinin işçilərinin mənə qarşı zor tətbiq edərək məndən rüşvət tələb etmələri barədə cinayət işinin başlanmasına göstəriş verəsiniz.

Bu hadisə zamanı Cəlilabad şəhər sakini (adını istintaqda bildirəcəm) məni onların əlindən zorla alaraq həkim çağırmasını tələb etsə də, onu da otaqdan qovmağa çalışdılar”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt