Əsas Səhifə > Ölkə, Manşet > Səlim Müslümovun nazirliyində kadrlar necə seçilir?
Səlim Müslümovun nazirliyində kadrlar necə seçilir?26-12-2013, 12:57 |
Yaxın günlərdə ƏƏSMN ilə bağlı şok siyahı açıqlanacaq DİA.AZ: - «Əmək və əhalinin sosial müdafiə naziri (ƏƏSMN) Səlim Müslümovun apardığı kadr islahatlarının hələ də alayarımçıq qalması əslində onun üçün başucalığı hesab olunmamalıdır». Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə açıqlamasında deyib. Qaynaq bildirir ki, Səlim Müslümov gəldiyi ilk gündən bəri keçmiş nazir Fizuli Ələkbərovun bütün kadrlarını topa tutdu və elə bir fon yaratmağa çalışdı ki, bu günə kimi ƏƏSMN-də cinayətlər baş verib: «Halbuki Səlim Müslümovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondu ilə müqayisədə Fizuli Ələkbərovun rəhbərlik etdiyi ƏƏSMN rəsmən korrupsiya və rüşvət burulğanında idi. Yəni əgər bu iki qurum müqayisə olunarsa, o zaman Fizuli Ələkbərov təmizə çıxar». Onu da bildirək ki, məlumatı verən mənbə bu gün ƏƏSMN-də rəsmən bazarın açıldığını da bildirib: «Maraqlıdır ki, boşalan vəzifələrə yenə də ƏƏSMN-dən kadrlar təyin olunacaq. Yəni Fizuli Ələkbərovun kadrları. Əgər onlar pis idisə, niyə imtina olunurdu. Bu gün təxmini siyahılar tutulub və kimin hara təyin olacağı məlumdur. Hətta «şirinlikləri» də alınıb. Səlim Müslümov mətbuat qarşısında bəyan edir ki, o, yeni təyinatlarda hansısa maddi marağı güdməyəcək. Elədirsə, bu gün nazirlikdə açılan bazar nədir?» Mənbəmiz bildirir ki, yaxın günlərdə mətbuatda şok bir siyahı yayılacaq: «Hər halda, həmin siyahıdan da aydın olacaq ki, bu gün Səlim Müslümovun nazirliyində hansı vəzifəyə neçəyə təyinat olur». Redaksiyadan: Qarşı tərəfin bu iddialarla bağlı mövqeyini öyrənməyə hazırıq… Geri qayıt |