Əsas Səhifə > Partiya > Cəmil Həsənli: “Mitinqlər gələn ilə qaldı”

Cəmil Həsənli: “Mitinqlər gələn ilə qaldı”


26-12-2013, 11:51
Cəmil Həsənli: “Mitinqlər gələn ilə qaldı”
“Milli Şuradan heç bir partiya ayrılmaq istəmir” bu fikiri Hafta.az-a açıqlamasında Şuranın sədri Cəmil Həsənli deyib. Onun sözlərinə görə, hazırda Milli Şura öz siyasi fəaliyyətini plana uyğun davam etdirir:
“Milli Şura öz fəaliyyətini planlı şəkildə davam etdirir. Şuranın sədr aparatı artıq fəaliyyətinə başlayıb. Fəaliyyətimiz haqqında yeniliklər barəsində mediaya məlumat vermək üçün Şahvələd Çobanoğlu və Oqtay Gülalıyev təyin olunub.”

Milli Şuradan ayrılmaq istəyən partiyalarla bağlı hər hansı bir tədbir görüləcəkmi sualına Şura sədri bildirdi ki, bu hal nəzərdə tutulmayıb.
“Milli Şuradan heç bir partiya ayrılmağı düşünmədiyi üçün, bu kimi qərar barəsində düşünmürük. Hər şey qaydasındadır”

Milli Şuranın mitinqinə gəlincə sədr bildirdi ki, bu proses əvvəlcədən planlaşdırılmır:

“Milli Şuranın mitinqinin vaxtı əvvəlcədən bəlli olmur. Bizim mitinqlər proseslərdən doğur. Yəni əgər mitinqə səbəb olacaq bir hal baş verərsə, idarə heyəti toplanıb mitinq barəsində qərar verəcək. Yeni ilə qədər texniki baxımdan mitinq keçirmək mümkün olmadığı üçün, bu barədə növbəti ildə düşünəcəyik. Hələki, mitinqlər gələn ilə qaldı deyə bilərik.”

Qeyd edək ki, mətbuatda Müsavat Partiyası, ACP və AXCP-nin Milli Şuradan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Geri qayıt