Əsas Səhifə > Partiya > Asəf Quliyev Rəsul Quliyevə haqq qazandırdı

Asəf Quliyev Rəsul Quliyevə haqq qazandırdı


26-12-2013, 11:39
Asəf Quliyev Rəsul Quliyevə haqq qazandırdı
“Gənclərin təşəbbüsünə qısqanmaq yox, onlara meydan vermək lazımdır”

Eks-spiker Rəsul Quliyev iki gün öncə Moderator.az-a verdiyi açıqlaqmada yaranmış siyasi böhrandan və uğursuzluq zolağından çıxmaq üçün müxalif düşərgədə gənclərdən formalaşan yeni qüvvələrin tamamilə yeni qurumlar yaratmalı olduğunu bildirib.
AXCP sədrinin keçmiş müavini, “Xalq Arzusu” Hərəkatının rəhbəri Asəf Quliyev də gənclərə meydan verilməsinin tərəfdarıdır:
“Son üç ildə Yaxın Şərqdə, eləcə də Ukraynada,Gürcüstanda baş verən hadisələr cəmiyyətə böyük təsir edib. Sübut olundu ki, ən sərt diktatura rejimlərində də hakimiyyət dəyisikliyi mümkündür.Ukraynada,Gürcüstanda artıq bir neçə dəyisiklik baş verib. Azərbaycan cəmiyyətində də haqlı olaraq bir sual yaranıb ki, bəs bizdə niyə demokratik dəyişiklik baş vermir? Insanlar bu və digər suallara cavab axtarır. Sözsüz ki, cavabı demokratik dəyişikliyi həyata keçirməli olan müxalifət partiyalarda axtarırlar. 20 ildə heç bir müsbət nəticə əldə edə bilməyən müxalifəti günahlandırmağa baslayırlar. Indi cəmiyyətdə bir silkələnmə prosesi baş verir. Xüsusilə gənclik aktivləsir, yeni format axtarır. Yeni gənclik təskilatları yaranır,yeni partiyaların yaranmasına çağırışlar artır. Məncə bunlar müsbət haldır. 2005-ci ilə qədər AXCP, Musavat, AMiP, ADP, KXCP kimi nisbətən normal partiyalar var idi. O dövrdə də cəmiyyətdə siyasi aktivlik güclü idi. İndi ortada iki partiya var, siyasi aktivliksə sıfır dərəcəsindədir. Ətrafımızda baş verən hadisələrdən qaça bilmərik və bunlar da təbii ki, təsirsiz ötuşməz.
Cəmiyyətin yeni qüvvəyə ehtiyacı var. Biz istəsək də-istəməsək də bu olacaq, kimsə bunun qarşısını ala bilməz. Ancaq bir-birini ittiham etməklə, günahları bir- birimizin üstünə atmaqla heç nəyə nail ola bilmərik. Düşünürəm ki, biz gəncliyin təşəbbüslərini qısqanclıqla yanaşmaqdansa meydan verib onlara dayaq olmalıyıq.”

Geri qayıt