Əsas Səhifə > Şou-biznes > Tək bircə Namiq Qaraçuxurlu qeyd etməyəcək...

Tək bircə Namiq Qaraçuxurlu qeyd etməyəcək...


26-12-2013, 09:50
Tək bircə Namiq Qaraçuxurlu qeyd etməyəcək...
Yeni ilə hazırlaşan şou əhli o günü necə keçirdəcəyi barədə Milli.Az-a danışıb
Şou biznesin tanınmış simaları Yeni il gecəsini harada və kimlərlə keçirəcəkləri ilə bağlı planlarını saytımıza açıqlayıblar. Onların planlarından sizləri də agah edirik.

Əməkdar artist Tünzalə Ağayeva: "Yeni ili gecə yarısınacan ailəmlə birlikdə keçirəcəm. Qızım, anam, atam, qardaşlarım və onların yoldaşları, hamılıqla birlikdə yeni ili qarşılayacağıq. Gecə yarısından sonra isə otellərin birində konsertim nəzərdə tutulub, orada olacam".

Əməkdar artist Vəfa Zeynalova: "Yeni ili ailəmlə və dostlarımla birlikdə şəhər restoranlarının birində qarşılayacam. Saat 24:00-dan sonra isə şəhər gəzintisinə çıxmaq fikirimiz var".

Xalq artisti Brilliant Dadaşova: “Bu illəri Yeni il ilə əlaqədar bir çox yerlərdən mənə təklif gəldi, əksəriyyəti də şou proqramla bağlı idi. Amma mən bunların hamısından imtina edərək 31 dekabr - Yeni ili öz ailəmlə, sevdiklərimlə birlikdə qarşılamaq qərarına gəldim. Ona görə də həmin günü özəl olaraq evdə sevdiklərim ilə baş-başa keçirəcəm”.

Müğənni Emma Ələkbərzadə: “Həmişə olduğu kimi mən öz ətrafımda olan əziz insanlarımla bu günü qeyd edəcəm. Bu ildə olduğu kimi 31 dekabrı dostlarımla və ərim yanımda olmaqla keçirəcəm. Mən başqa insanlar kimi yalandan demək istəmirəm ki, xaricdə filanda keçirəcəm, yox heç restorana getmək fikirimiz yoxdu. Artıq bezmişəm eyni yemək, eyni simalar görməkdən. Ən yaxşısı evdi".

Prodüser Tolik: "Sözün açığı, mən o günü Azərbaycanda keçirməyəcəkdim, amma elə oldu ki Sevda Yahyayeva ayın 31-i bir çox restoranlarda olacağı üçün Bakıda qalası oldum. Amma həmin günü yola verdikdən sonra ayın biri, günorta saatlarında Tailanda uçacam və ayın 8-nəcən orada olacam".

Teleaparıcı Nanə Ağamalıyeva: “İnşallah, bu Yeni ili həmişəki kimi səhnədə olacam. 31 dekabr Qəbələdə otellərin birində konsert proqramı baş tutacaq və həmin gecədə aparıcı mənəm. Elə Yeni ilimizi də orada keçirəcəyik".

Meyxanaçı Namiq Qaraçuxurlu: "Yeni il bayramını keçirməyəcəm. Ona görə ki, həmin gün peyğəmbərimizin vəfat günüdür. Həmin günü qeyd etmək haram sayılmır, sadəcə hər kəsin bir fikiri var, bu da mənim zənnimcə belədir".

Geri qayıt