Əsas Səhifə > Şou-biznes > “BU, TƏBLIĞATIN BİR QOLU OLACAQ”

“BU, TƏBLIĞATIN BİR QOLU OLACAQ”


13-02-2012, 13:06
“BU, TƏBLIĞATIN BİR QOLU OLACAQ”

“SARI GƏLİN” YENİDƏN AZƏRBAYCANA QAYIDIR

Ermənilərin ən çox mənimsəmə nöqtəsindən biri olan "Sarı gəlin" xalq mahnımızı xanəndə İlahə İbadova lentə yazdırıb.

O, mahnıya fərqli yanaşıb. Çox zaman ifaçıların balabanın müşayiəti ilə səsləndirdikləri xalq incimizi xanəndə tarın müşayiəti ilə oxudu. Ən əsası isə mahnı klassik üslubda yazılıb. Müğənninin bunu etməkdə məqsədi var:

"Çox zaman bizim söz təbliğatımız ünvanına çatmır, çatsa belə, yad qüvvələr onu eşitməməyə çalışırlar. Mən bunu səs imkanlarımda göstərmək istədim. Mahnıdakı klassikliyi qorumaq şərti ilə onu lentə yazdırdım. Bu istiqamətdə yeniliklər davamlı olacaq. Yerli rejissorlardan birinə diski təqdim etmişəm ki, dinləyib mahnının ekran variantı üçün ssenari düşünsün. Bu, təbliğatın bir qolu olacaq. Ona görə də ssenarinin əhəmiyyəti vacibdir".
Xanəndə əlavə edir ki, klip ərsəyə gələndən sonrakı mərhələ onun yayımından ibarət olacaq.

"Yəni onu yerli teleməkandan daha çox, xarici ölkələrin kanallarına ötürməyi düşünürəm. Dost insanların köməyi ilə tanıdığımız, əlaqə yarada bildiyimiz əcnəbi teleşirkətlərə klipi yayım üçün təqdim edəcəyik. Onun eşidilməsi və izlənilməsi üçün əlimdən gələni etməyə çalışacam", - deyə İ.İbadova bildirdi.


Geri qayıt