Əsas Səhifə > Şou-biznes > "ƏJDAHAYA DÖNMÜŞƏM"

"ƏJDAHAYA DÖNMÜŞƏM"


13-02-2012, 13:03
"ƏJDAHAYA DÖNMÜŞƏM"

KÖNÜL KƏRİMOVA İLİN ƏLAMƏTİNƏ İNANIR

Əjdaha ili təqvimə daxil olandan müğənni bunu əhvalında hiss etdiyini Milli.Az-a deyir:

"Yeni il başlayandan məndə böyük bir həvəs yaranıb. Çoxdan düşündüyüm və uzun illər həyata keçirə bilmədiyim sənət işlərimi məhz bu təqvimdə görmək istəyirəm. Lap əjdahaya dönmüşəm. Tamaşaçıma ifa imkanlarımı daha geniş göstərmək istəyirəm".

Bakı Musiqi Akademiyasının məzunu olan Könül xanım deyir ki, onun klassikaya həmişə böyük həvəsi olub. Lakin toylar onun ifa tərzini bazara uyğunlaşdırıb. Müğənni tələbata xidmət edir:

"Amma söz vermişəm ki, bu il çoxlu klassik mahnılar hazırlayım. Eyni zamanda, Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı hazırlamağı düşünürəm. Zəmanə elə gətirib ki, ifamın 90 faizini toy bazarına uyğunlaşdırmışam. Amma hərdən düşünürəm ki, mən sıradan bir sənətçi deyiləm. Məktəb keçmişəm, eyni zamanda imkanlarım genişdir. Niyə dinləyici məni yalnız toy mahnıları ilə tanımalıdır?".

Könül Kərimova müşahidələrinə əsaslanaraq sənəti olmayıb, ona yuxarıdan-aşağı baxanlardan danışdı.

"Hərdən elə insanlarla rastlaşıram ki, sənəti yoxdur, amma özünü elə aparır ki, elə bil alçaq dağları bu yaradıb. Sonra düşünürəm ki, bacarana can qurban. Əgər mən meydana çıxıb özümü göstərmirəmsə, kimsə gəlib meydanda atını sürəcək. Mən isə günortaya kimi yatıram. Bu rejimlə insan nəyin haqqında düşünə bilər? Artıq bu ildən planlarım dəyişib. Sənətdə çox işlər görəcəm və buna söz verirəm", - deyə müğənni qətiyyətlə bildirdi.


Geri qayıt