Əsas Səhifə > Sosial, Manşet > MƏMURLARA SƏRT XƏBƏRDARLIQ EDİLİB

MƏMURLARA SƏRT XƏBƏRDARLIQ EDİLİB


13-02-2012, 12:56
MƏMURLARA SƏRT XƏBƏRDARLIQ EDİLİB

ƏGƏR ARALARINDAKI MÜNAQİŞƏ BİTMƏZSƏ, CİDDİ ADDIMLAR ATILACAQ

DİA.AZ: - Məlum odduğu kimi, hakim elitada yetərincə münaqişə ocaqları var ki, həmin müstəvilərdə ayrı-ayrı iddialı oliqarx-məmurların maraqları toqquşmaqdadır. Təbii ki, bu hal ümumiqtidar maraqları fonunda heç də qənaətbəxş hesab olunmur. İstənilən bir qarşıdurma ümumi maraqların təhlükə altına atılmasını labüdləşdirir.

Elə buna görə də, prezident İlham Əliyev elə ilk günlərdəncə münaqişədə olan məmurlara qarşı çox sərt davrandığını açıq surətdə ortaya qoydu. Məsələn, bir neçə il əvvəl o zamankı əmək və əhalinin sosial müdafiə naziri Əli Nağıyevlə hazırki təhsil naziri Misir Mərdanovun arası çox sərin idi. Vəziyyət o həddə idi ki, hətta nazirlərin döyüşü hakimiyyət dəhlizlərini aşaraq mətbuatın ən işlək mövzularından birinə çevrilmişdi. Həta iqtidara aid ATV kanalında belə bu konfliktə aid silsilə reportajlar hazırlanırdı.

Və nəhayətdə bununla bağlı prezident ayrıca bir müşavirə çağıraraq nifaqda olan məmurlara çox sərt formada xəbərdarlıq etdi və onlara «əgər siyasətlə məşğul olmaq istəyirsinizsə, buyurub, istefa verə bilərsiniz» ismarıcını da ünvanladı. Əslində prezidentin bu yanaşması bütün məmur korpusu üçün ciddi siqnal rolunu oyamalı idi. Lakin hər kəs öz payını almadı və bunun da nəticəsində Əli Nağıyev görəvindən alınaraq mədəni sürgünə yola salındı.

Amma bu kimi nümunələr də yetərsiz qalmaqdadır. Yəni baş verən məlum hadisə heç də konkfliktdə olan məmurlar üçün dərs olmayıb. Elə buna görə də ayrı-ayrı məmurların hətta mətbuat səhifələrində bir-biriləri rəqabət aparmaları da adi hala çevrilib.

Bütün bunları diqqətə çatdıran Nazirlər Kabinetindəki mötəbər mənbə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) verdiyi xəbərdə bildirir ki, yenə də «dəmir yumruq» işə düşmək üzərədir: «Bir neçə gün əvvəl həmin çəkişən məmurların hər birinə prezident adından sərt formada xəbərdarlıq edilərək, onlara konkret vaxt da verilib».

Mənbəmiz bildirir ki, əgər oliqarxların döyüşü bitməzsə, aralarındakı problemi dinc yolla həll etməzlərsə, o zaman bu davamiyyət hakimiyyət içində ciddi islahatların aparılmasına rəvac vermiş olacaq: «Hakim düşərgə əslində ciddi bir sınaq qarşısındadır. Yenə də «yarpaq tökümü» dövrünün işartıları hiss olunur. Çünki bu dəfə xəbərdarlıq alan ünvanlar içində çox ciddi dairələr var ki, onların da rəqabəti heç də sükutla yola verilə bilməz».

Mövzu diqqətimizdədir…


Geri qayıt