Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN AZƏRBAYCANA “ADEKVAT” CAVAB

İRANDAN AZƏRBAYCANA “ADEKVAT” CAVAB


13-02-2012, 12:38
İRANDAN AZƏRBAYCANA “ADEKVAT” CAVAB

FARS-MOLLA REJİMİ ÖLKƏMİZİ VƏTƏNDAŞININ QƏTLİNDƏ İTTİHAM EDİR

DİA.AZ: - Bazar günü Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran XİN-ə dəvət edilib. Ona etiraz notası təqdim olunub. İRNA dövlət agentliyinin məlumatına görə, İran tərəfi Azərbaycanı İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edib. Tehran bildirir ki, məhz “Mossad”ın agentləri bu yaxınlarda nüvə üzrə alimlərin qətlini həyata keçiriblər, sonra Azərbaycan vasitəsilə İsrailə keçiblər. Sonuncu bu cür terror aktı yanvarda Tehranda Mustafa Əhmədi Rövşənə qarşı törədilib.

Bundan əvvəl alim və hərbçilərə qarşı analoji terror aktları törədilib. Ən ciddi terror hadisəsi kimi raket bazalarından birinin partladılması göstərilib. Nəticədə onlarla mütəxəssis və hərbçi həlak olub.

İRNA-nın məlumatına görə, Tehran Bakıdan İrana qarşı əməliyyatın keçirilməsi üçün öz ərazisindən istifadə edilməsinə son qoymağı tələb edib. Səfir notanı öz hökumətinə çatdıracağını bildirib.

Azərbaycan XİN hələlik bununla bağlı şərh vermir


Geri qayıt