Əsas Səhifə > Ölkə, Manşet > Keçmiş ABU rektorunun adı şok qalmaqalda
Keçmiş ABU rektorunun adı şok qalmaqalda25-12-2013, 12:21 |
Elşad Abdullayev “Global Witnes”ə sənəd ötürüb DİA.AZ: - Bu gün korrupsiya burulğanı bir çox ölkələri rəsmən sarsıdıb. Bildirək ki, Azərbaycanda artıq 4-cü ilə yaxınlaşır ki, hakimiyyət korrupsiyaya qarşı mübarizə apardığını elan edib və bu günə kimi yüzlərlə məmur, müxtəlif təbəqə nümayəndələri rüşvət və korrupsiya ittihamı ilə həbsə atılıblar. İndi isə qardaş Türkiyədə «Böyük rüşvət» əməliyyatı keçirildi ki, bunun da nəticələri göz önündədir. Ərdoğan iqtidarı bu əməliyyatın zərbəsindən özünə gələ bilmir, nazirlər bir-birinin ardından istefa verir. Eyni zamanda Türkiyədəki hakim partiya daxilində də ciddi fikir ayrılıqları var ki, bu da Ərdoğanın bitiş nöqtəsi kimi xarakterizə olunmaqdadır. Azərbaycanda isə korrupsiya ilə mübarizə bu şəkildə böyük rezonansa nədən olacaq hadisələrlə müşaiyət olunmasa da, hər kəs bu yerdə keçmiş ABU rektoru Elşad Abdullayevi xatırlamaqdadır. Və bildirək ki, bir çox nüfuzlu məmurları ittiham edən Elşad Abdullayev bunun ardından hədəə çevrildi və barəsində orqan alveri ittihamı ilə beynəlxalq axtarış da elan olundu. Amma buna rəğmən Elşad Abdullayev sanki hansısa sirrli qüvvələrin qoruması altında olduğundan toxunulmazlığını bu günə kimi qorumaqdadır. Və burada daha çox diqqətçəkəni isə Elşad Abdullayevin hətta hakimiyyəti, İlham Əliyevin şəxsini hədəfə alması fonunda onun müdafiə qalasının yıxılmaması faktıdır. Yəni hələ də kimlərsə Elşad Abdullayevi müdafiə edir və burada Elşad Abdullayevin ümumiqtidar düşərgəsinə qarşı müxalifliyi nəzərə alınmır. Elşad Abdullayev isə hakimiyyətə qarşı bu gün ən fəal müxalifət liderindən də kəskin şəkildə mübarizə aparmaqdadır və bunun konkret sübutları da var. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda böyük rezonansa nədən olacaq bir hesabat açıqlandı və bu hesabatın hədəfində Dövlət Neft Şirkətinin rəhbərliyi, həmçinin elə Azərbaycan dövlətinin yürütdüyü neft siyasəti idi. Açıqlanan faktların ciddiliyi səbəbindən ARDNŞ-dən və hesabatda əsas fiqur kimi adı hallandırılan Anar Əliyevdən xüsusi açıqlamalar verildi. Amma səs-küy yenə də yatmadı. DİA.AZ-a bununla bağlı daxil olan son informasiyalardan aydın olur ki, sən demə, həmin məlum hesabatın hazırlanmasında da Elşad Abdullayev iştirak edibmiş. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, “Global Witnes” təşkilatı tərəfindən hazırlanan məlum hesabatdakı faktların böyük əksəriyyəti Bakıdan ötürülüb. Doğrudur, həmin faktların bəzilərinə internet vasitəsilə də ulaşmaq mümkündür. Amma mənbəmiz bildirir ki, hətta bu şəraitdə belə yönəltmə Bakıdan gəlib. Məlumatı verən qaynaq onu da iddia edir ki, həmin səs-küylü hesabatın hazırlanması üçün “Global Witnes”lə Bakı arasında körpü rolunu isə Elşad Abdullayev oynayıb. Bəli, yanılmadınız, fəaliyyəti dayandırılmış ABU-nun bu gün Fransada mühacir həyatı yaşayan və Avropanın bir çox məkanlarında artıq özünə mülklər aldığı söylənilən Elşad Abdullayev. Hər halda, bu, olduqca ciddi bir faktdır və həmin hesabatdan narahat edənlər üçün də maraq kəsb etməlidir. Bunu da qeyd edən mənbəmiz iddia edir ki, əgər bu iddia sübuta yetirilərsə, o zaman hakimiyyət daxilində Elşad Abdullayevə qarşı münasibət birmənalı olacaq. Yəni müvəqqəti tərəddüdlər və sirli müdafiələr aradan qalxacaq. Geri qayıt |