Əsas Səhifə > Hadisə > Hüseyn Dərya huşsuz vəziyyətdə tapıldı

Hüseyn Dərya huşsuz vəziyyətdə tapıldı


25-12-2013, 10:51
Hüseyn Dərya huşsuz vəziyyətdə tapıldı
Məşhur reper Hüseyn Dərya həbs olunub. Məlumata görə, bu barədə Sabunçu rayon polis bölməsindən bildirilib. Dünən saat 18:10 radələrində Sabunçu RPİ-nə aparılan H.Dəryanın narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

H.Dərya daha sonra isə 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Digər bir xəbərdə isə deyilir ki, Azərbaycanın tanınmış rep ifaçısı Hüseyn Dərya zəhərlənib.

1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya Şöbəsindən APA-ya verilən məlumata görə, Hüseyn Dərya ötən gün axşam saatlarında ağır vəziyyətdə xəstəxanaya daxil olub. Ona kəskin psixotrop dərman zəhərlənməsi diaqnozu qoyulub.

Artıq reperin vəziyyəti normallaşıb və bu gün səhər o, evə buraxılıb.

Geri qayıt