Əsas Səhifə > Dünya > Polis sabiq baş naziri ölkədən qaçarkən həbs etdi

Polis sabiq baş naziri ölkədən qaçarkən həbs etdi


25-12-2013, 10:48
Polis sabiq baş naziri ölkədən qaçarkən həbs etdi
Məhəmməd Mursi administrasiyasının hakimiyyətdə olduğu dövrdəki Baş nazir Hişam Qəndil Misir təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Xəbərə görə, Misir polisi onun izinə Sudanla sərhəddə yerləşən dağ yollarında düşüb və daha bir nəfəri onunla birlikdə Sudana qaçarkən yaxalayıb.

Bildirək ki, Misir müvəqqəti hökumətinin polisi sabiq Baş naziri bir neçə aydır, axtarışa verib. Misir məhkəməsi ona qarşı irəli sürülən ittihamları o, hələ baş nazir postunda olarkən irəli sürüb. H.Qəndili dövlət əmlakının mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, Misirdə “Müsəlman Qardaşlar” və Məhəmməd Mursi administrasiya üzvlərinin bu şəkildə həbsi istər ölkə daxili, istərsə də xaricdə bir çox dövlətlərin etirazına səbəb olub. Elə ötən həftə “Müsəlman Qardaşlar” hərəkatının 170-dən artıq lideri və aparıcı fəallarının işlərinin Ağır Cinayətlər Məhkəməsinə verilməsi daxili etirazları daha da kütləviləşdirib.

Ekspertlərin fikrincə, müvəqqəti hökumət “Müsəlman Qardaşlar” kimi nüfuza malik hərəkatın tələblərinə bu şəkildə laqeyd qalmaqla ölkədə sabitliyi heç vaxt bərqərar edə bilməz.


Geri qayıt