Əsas Səhifə > Güney Press, Araşdırma > Elman Rüstəmovun müşavirinin şərikli biznesi

Elman Rüstəmovun müşavirinin şərikli biznesi


25-12-2013, 10:43
Elman Rüstəmovun müşavirinin şərikli biznesi
Kimlər qaçaqmalçılıq yolu ilə briliyant alveri ilə məşğul olur?

Bir neçə gün əvvəl Milli Bankın sədri Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanov barəsində məlumat vermişdik.

Məlumatda bildirilirdi ki, Abdulla Məlik-Aslanovu öz qaynatası adlandıran Dəmir Bankın “Mərkəz” filialının müdiri Müşfiq Tükanov bir çox qaranlıq işlərini elə qaynatasının köməkliyi ilə həyata keçirir. Apardığımız araşdırmalar nəticəsində bizə məlum oldu ki, Müşfiq Tükanov öz şəriki, Dəmir Bankın “Mərkəz” filialının keçmiş kassiri olan İlqar Usubovun vasitəsi ilə respublikaya briliant daşqaşların qaçalmalçılıq yolu ilə gətirilməsinə yardımçı olur. Bu iki şərikin briliant alverindən başqa kontur biznesi ilə məşqul olaraq “depozit silmələri” də aşkar olunub. Ancaq bu barədə araşdırma başa çatmadığı üçün gələn yazımızda bəhs edəcəyik. Gələn yazımızda həm də Abdulla Məlik-Aslanovun hansı keçmiş bankirlə şərikli zavoda sahib olduğunu araşdıracağıq. Hansı ki, həmin keçmiş bankir hazırda MTN-in keçirtdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. Və keçmiş bankir həbs olunandan sonra, onun ailəsinin maddi durumu çətinləşdiyi üçün Abdulla Məlik-Aslanova müraciət ediblər. Ailənin çətin durumda olmasına baxmayaraq Məlik-Aslanov bildirib ki, əgər maddi köməklik göstərilsə, yalnız keçmiş bankirin zavoddakı payından silinəcək.

Bizi izləyin. Araşdırmamız davam edir

Sənan Məmmədli Legion.az

Geri qayıt