Əsas Səhifə > Ölkə > SDU-DA PROREKTOR-REKTOR SAVAŞI
SDU-DA PROREKTOR-REKTOR SAVAŞI13-02-2012, 12:17 |
YADİGAR HÜSEYNOV NADİR QƏHRƏMANOVU SIRADAN ÇIXARMAQ ÜÇÜN TƏBLİĞATA BAŞLAYIB Sumqayıt Dövlət Universitetində vəziyyət pisləşməyə başlayıb. Buna səbəb isə rektorla prorektorun arasında qızışan mübarizədir. Verilən məlumata görə, SDU-nun elmi işlər üzrə prorektoru Yadigar Hüseynov rektor Nadir Qəhrəmanovu sıradan çıxarmaq üçün «əməliyyata» başlayıb. Aldığımız məlumata görə, Y.Hüseynovla N.Qəhrəmanov arasında yaşanan bu qalmaqalın səbəbi birincilik uğrunda gedən mübarizədir. Bu barədə qeyd olunur ki, prorektor bütün mümkün vasitələrdən yararlanaraq, rektoru sıradan çıxarmaq istəyir. Özünü rektor postunda görən Hüseynovun bu hərəkətlərini müəyyənləşdirmək isə kifayət qədər çətindir. Məsələn, Yadigar Hüseynov hər dəfə Nadir Qəhrəmanovu hədəfə alanda, bu işləri adamları vasitəsi ilə həyata keçirir. Və həmin vaxt özü ya ölkədə olmur, ya da ezamiyyətə getmiş sayılır. Xaricə səfərlər etməkdə maraqlı olan prorektorun bu addımları isə məqsədlidir və niyyət də izin itirilməsinə xidmət edir. Məsələni tam yəqinləşdirə bilməyən N.İsmayılov isə prorektorun üzərinə getmək üçün tutarlı əsas tapa bilmir. Verilən məlumatda qeyd olunur ki, Y.Hüseynovun sonuncu iki əsas «əməliyyatı» isə SDU rektorunu lap çıxılmaz vəziyyətə salıb. Belə ki, son imtahan sessiyası zamanı SDU-da tələbələrdən tələb olunan rüşvətin həcmi iki dəfə artırılıb. Bu barədə bütün dekanlara və müəllimlərə göstəriş verilib ki, ən elementar imtahan üçün tələbədən 100 manat alınmalıdır. Ötən illə nisbətdə iki dəfə bahalaşan imtahan qiymətinin günahı isə rektorun üzərində qalıb. Düzdür, Nadir Qəhrəmanov aydan arı, sudan durru deyil. Yəni, onun rəhbərlik etdiyi təhsil ocağı illərdir rüşvət səviyyəsinə görə, həmişə öndə olub. Amma onun bu qədər qiymət qaldırması isə Yadigar Hüseynovun ayağına yazılan məsələdir. Çünki belə bir tapşırığın birbaşa prorektordan gəldiyini iddia edənlər az deyil. İkinci «əməliyyat» isə SDU rektoru haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilən məktub göstərilir. Bu barədə məlumat verən mənbələr bildirirlər ki, həmin məktubda təkcə SDU-da rüşvət və korrupsiya hallarından bəhs olunmur, həmçinin rektorun işdən çıxarılması tələbi irəli qoyulur. Özü də ultimativ şəkildə. Məsələn, həmin məktubda yazılır: "Əgər Sumqayıt Dövlət Universitetindəki bu qanunsuzluqlara son qoyulmasa və Nadir Qəhrəmanov cəzalandırılmasa, başqa etiraz formalarına əl atacağıq, aksiyalar keçirəcəyik". Aydın məsələdir ki, prorektor rektoru devirmək üçün artıq hədələyici tonda çıxış edir. Hərçənd bunu açıq şəkildə həyata keçirmir. Amma günün birində bu addımı atacağı da şübhə doğurmur. Aksiya tələbinin ortaya qoyulması isə işi dramatikləşdirməyə və Nadir Qəhrəmanovun işdən çıxarılmasının tezləşdirilməsi üçün düşünülmüş addımlardan biridir (tia.az). Geri qayıt |