Əsas Səhifə > Şou-biznes > Meyxanaçıya tamaşaçılar "Davay do svidaniya" dedi

Meyxanaçıya tamaşaçılar "Davay do svidaniya" dedi


25-12-2013, 08:43
Meyxanaçıya tamaşaçılar "Davay do svidaniya" dedi
ATV telekanalında yayımlanan şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” verilişinin sonuncu buraxılışında maraqlı məqamlar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, gecəyə tamaşaçı qismində qatılanlar arasında yarışmadan kənarlaşdırılan müğənni Roza Zərgərli və aparıcı Günel Hümbətova da olub.

Günel şouda qalan yeganə xanım iştirakçı aparıcı Aydanın ünvanına tənqidi sözlər deyib:

“Onun burada baş verən hər bir şeydən xəbəri var. Külək kimidir, kim hansı tərəfədirsə, oraya əsir”.

Roza Zərgərli isə onu yarışmadan uzaqlaşdıran repçi Qaraqanı ittiham edib:

“Qaraqan mənimlə mehriban idi. Hətta demişdi ki, Günel səndən qorxur, çünki güclü rəqibsən və ona görə də səninlə eyni qruplaşmada olmaq istəyir. O, and içmişdi ki, məni müsabiqədən çıxarmayacaq”.

“Ti kto takoy, davay dosvidaniya” meyxanası ilə məşhurlaşan İntiqam Rüstəmov isə yarışmada kifayət qədər səs yığa bilməyib. O, yekun nəticəyə əsasən 70,60 faizlə şoudan uzaqlaşıb.

Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, stilist Anar Ağakişiyev, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.

Veriliş bu gün saat 22:45-də yayımlanacaq.

Geri qayıt