Əsas Səhifə > Partiya > Sərdar Cəlaloğlu yeni ili qeyd etməyəcək

Sərdar Cəlaloğlu yeni ili qeyd etməyəcək


24-12-2013, 12:00
Sərdar Cəlaloğlu yeni ili qeyd etməyəcək
Partiya sədri peyğəmbərin vəfat tarixini nəzərə aldı

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu il təqvimin dəyişməsini bayram etməyəcək. Bunu partiya sədri Hafta.az-a açıqlamasında deyib:
“Bildiyiniz kimi, Yeni il Məhəmməd Peyğəmbərin vəfatı günü ilə üst-üstə düşdüyü üçün bu bayramı qeyd etməyəcəyik”.

Partiyanın hazırkı fəaliyyətinə gəldikdə isə S.Cəlaloğlu ciddi bir iş getmədiyini vurğuladı:
“Partiya hazırda qurultayın təyin etdiyi fəaliyyətlə məşğuldur. ADP-də hər beş ildən bir keçirilən qurultayda siyasi fəaliyyət müəyyənləşdirilir. Buna uyğun da fəaliyyət göstəririk. Partiya bostan deyil ki, əkək, becərək, sataq, sayaq. Yeni ilə qədər heç bir əsaslı dəyişiklik edəcəyimiz gözlənilmir. Ümumiyyətlə, fəaliyyətimizin yeni il və ya köhnə illə əlaqəsi yoxdur. Biz fəaliyyətimizi qurultayın təyin etdiyi proqrama uyğun qurub, sonda isə növbəti konfransda qiymətləndiririk”.

Geri qayıt