Əsas Səhifə > Şou-biznes > Ebru Gündeşdən kişiyana addım

Ebru Gündeşdən kişiyana addım


24-12-2013, 11:13
Ebru Gündeşdən kişiyana addım
Rza Zərraba görə 500 min lirədən vaz keçdi

Həyat yoldaşı Rza Zərrabın həbs olunması ilə əlaqəli özünü pis hiss edən Ebru Gündəş, Yeni il konsertini ləğv edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər bir vətəndaş "Kıbrıs Nuhun Gəmisi" otelindəki konsert proqramını və müğənnini izləmək biletlərə 3 min 750 lira ödəyib. Oteldə bütün biletlərin satılmasına baxmayaraq, Ebru konsert proqramını ləğv edib.

Yeni il gecəsi oteldə çıxışı üçün 250 min lira tələb edən Gündəş, müqaviləyə əsasən imtina etdiyi üçün, təzminat ödəyəcək.

DİA.AZ bildirir ki, ərinin həbsdə olması səbəbindən 250 min lirə gəlirdən imtina edən Ebru Gündəş bunun müqabilində 500 min lirə təzminat ödəyəcək.

Geri qayıt