Əsas Səhifə > Sosial, Manşet, Ana xəbərlər > Ruslar bu dəfə oyuna «AST Telman»ı qoşa bilərlər

Ruslar bu dəfə oyuna «AST Telman»ı qoşa bilərlər


24-12-2013, 11:07
Ruslar bu dəfə oyuna «AST Telman»ı qoşa bilərlər
Kreml Azərbaycana qarşı yeni təxribat ssenarisi hazırlayıb: Müqaviməti qırmaq üçün

DİA.AZ: - Artıq Ukrayna ilə işini bitmiş hesab edən Kremlin növbəti hədəfinin Bakı olacağını əvvəlindən bildirmişdik. Və artıq bu yöndən ilk məlumatlar gəlməkdədir. Xatırladaq ki, Moskva ilə Bakı arasında aylardır danışıqlar aparılır və Rusiya paytaxtında artıq Gömrük İttifaqına qoşulmasını rəsmiləşdirən Ermənistanla Qırğızıstandan fərqli olaraq Azərbaycan tərəfi Kremlin məlum niyyətinə müsbət münasibət bəsləmədiyindən danışıqlar uzanır və uzandıqca da predmet dəyişikliyinə uğrayır.

Məsələn, bir ay əvvəl mövqeləri kifayət qədər zəifləmiş kimi görünən Rusiyanın Azərbaycana gömrük ittifaqının müqabilində hətta Qarabağın azadlığını belə güzəştə gedə biləcəyi söylənilirdisə, indi tamam fərqli bir situasiyanın yaranması barədə xəbərlər yayılıb.

Hökumət içindəki mötəbər mənbələrdən aldığımız informasiyaya görə, Rusiya Azərbaycanı da Gömrük İttifaqında və ən nəhayət Avrasiya Birliyində görə bilməsi üçün yeni təzyiq planı tədarükündədir. Mənbənin söylədikləri:

«Təbii ki, Azərbaycan rusların Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri təklifləri qəbul edə bilməz. Bu danışıqlar məxfi gedir. Və müəyyən detalları məlumdur ki, Rusiya Qarabağın müəyyən hissəsində ermənilərin nəzarətinin saxlanmasının tərəfdarıdır. Azərbaycan isə belə bir şərtə razı deyil. Çünki bu, dolayı yolla rəsmi Bakının işğalla barışması anlamına gələ bilər».

Mənbəmiz bildirir ki, məhz belə bir şəraitdə artıq Ukrayna sarıdan ciddi arxayınçılıq ipləri əldə edən Kremlin yenidən Bakıya təzyiqlərini yönəldəcəyi gözlənilən idi: «Azərbaycan tərəfində belə bir məlumatlar artıq mövcuddur. Ola bilsin ki, Rusiyada yaşayan azərbaycanlıların əli ilə növbəti təxribat hazırlansın. Hətta bu dəfə AST Telmanın da xüsusi fəallıq edəcəyi gözləniləndir».

Ruslar bu dəfə oyuna «AST Telman»ı qoşa bilərlər

Onu da bildirək ki, «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun növbəti antiAzərbaycan kampaniyasına hansı formada cəlb olunacağı haqda bilgilər mövcud deyil. Amma onun bazarı da məhz Putin tərəfindən bağlanıb və bunun nəticəsində AST Telman 2 milyard ABŞ dolları həcmində ziyana uğramışdı. Sonradan isə Putinlə Telman İsmayılovun münasibətləri yoluna düşdü. Yəqin ki, bundan istifadə edən ruslar Telman İsmayılovu yenidən sınamaq qərarına gəliblər…

Geri qayıt