Əsas Səhifə > Gündəm, Manşet > «FÖVQƏLNAZİR»LƏ ARDNŞ ŞEFİNİN DÖYÜŞÜ

«FÖVQƏLNAZİR»LƏ ARDNŞ ŞEFİNİN DÖYÜŞÜ


13-02-2012, 11:51
«FÖVQƏLNAZİR»LƏ ARDNŞ ŞEFİNİN DÖYÜŞÜ

KƏMALƏDDİN HEYDƏROV HANSISA GÜC STRUKTURUNA RƏHBƏRLİK EDƏ BİLƏR

DİA.AZ: - «Yenidən baş nazir postu uğrunda mübarizə qızışa bilər». Bu məlumatı redasiyamıza hökumət içindəki mötəbər qaynaqlar ötürüblər. Qeyd edək ki, bir müddət əvvəl yerli mətbuatda baş nazirlik uğrunda amansız mübarizənin getməsi barədə xəbərlər yayılsa da, sonradan bu kimi informasiyaların «ixracı» dayandırıldı. Və aydın oldu ki, hələlik YAP iqtdarının Artur Rəsizadədən hansısa formada imtina planı mövcud deyil.

Onu da xatırladaq ki, baş nazir postuna az qala hər qəzetin bir «iddialısı» var idi. Yəni qəzetlərin biri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, digəri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, bir başqası nəqliyyat naziri Ziya Məmmədovun və eləcə də digərlərinin baş nazirlik uğrunda savaşa qatıldığını yazırdılar.

Əslində burada nə qəbahət axtarmaq olar, nə də yazılanları qeyri-ciddiyə almaq. Bununla bağlı redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, həqiqətən də adları çəkilən və çəkilməyənlərin əksəriyyəti bu gün bş nazir postu uğrunda mübarizə aparırlar. Hətta onların sırasına Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu da əlavə etmək olar. Mənbəmizə görə, Bakı meri heç də rəqibləri ilə müqayisədə az şanslı deyil. Sadəcə olaraq, onun hakim elita tərəfindən yüz faiz ciddi qəbul edilməmə problemi mövcuddur.

Mənbəmiz onu da bildirir ki, amma buna rəğmən bu gün əsas mübarizə Rövnəq Abdullayevlə Kəmaləddin Heydərovun arasında gedir: «Ola bilsin ki, vəziyyət kimlər üçünsə səssiz təəssüratı yaratsın. Amma mübarizə gedir. Sadəcə olaraq, tərəflər bacarılan qədər aradakı çəkişmənin mətbuatdan gizli tutulmasına çalışırlar ki, buna istədikləri həddə nail də olublar».

Onu da xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında ARDNŞ prezidenti Rövnəq Abdullayevin baş nazir postuna hazırlandığı barədə məlumatlar geniş yayıldı. Bu barədə yayılmış məlumatlarda deyilirdi ki, heç bir iddiası olmayan bu şəxsin Artur Rəsizadənin yerinə gətirilməsini istəyən hakimiyyətiçi qruplara qarşı çıxanlar da az deyil. Həmçinin bu əsnada maraqlı proseslər də baş verir.

Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, R.Abdullayevin baş nazir olmasını istəyən əsas qüvvə hakimiyyət daxilində ən aparıcı qruplaşmalardan biri hesab olunur. Onların apardıqları təbliğat isə ondan ibarətdir ki, ARDNŞ prezidenti öz «bacarığı» və «əhaliyə olan münasibəti»nə görə ölkənin ikinci şəxsi ola bilər. Məsələn, onun neft sahələrində inşa edilmiş evlərin sökülməsini təxirə salması, hətta bəzi hallarda həmin adamları «bağışlaması» xüsusi olaraq vurğulanır. Mənbə deyir ki, burada məqsəd ondan ibarətdir ki, cəmiyyətdə sözügedən şəxslə bağlı müsbət rəy formalaşsın. Bunun üçün də onun haqqında bəzən fərqli fikirlərin yaradılmasına da çalışılır.

Məlumatda o da deyilir ki, R.Abdullayevin baş nazirlik postuna gətirilməsinin ən başlıca səbəbi onun heç bir siyasi iddiasının olmamasıdır. Artur Rəsizadənin yerinə «ən layiqli namizəd» olaraq nəzərdən keçirilən ARDNŞ prezidenti isə bu prosesdə sadəcə, vasitə kimi nəzərdə tutulur. Ona görə də, haqqında nə deyilməsindən asılı olmayaraq, səsini belə çıxarmır.

Onun baş nazir olmasını istəməyən əsas qüvvə isə FHN rəhbəri Kəmaləddin Heydərovdur. Mənbənin verdiyi məlumata görə, Heydərov özü baş nazir olmaq istədiyindən Abdullayevin önə çıxmasına mane olmağa çalışır və bu məqsədlə müxtəlif mətbuat orqanlarında onun «vurulması»nı təşkil edir. Qaynaq onu da deyir ki, K.Heydərov bu məqsədlə nəzarətindəki mətbuatla yanaşı, maliyyələşdirdiyi partiyalardan birinin sədrini də önə verib. Onun sözlərinə görə, həmin partiya sədri vaxtaşırı müxtəlif bəyanatlar verərək ARDNŞ rəhbəri haqqında mənfi imicin yaradılması ilə məşğuldur.

Redaksiyamıza daxil olan informasiyada o da qeyd olunur ki, əslində bu gün artur Rəsizadənin postu uğrunda əsas rəqabət elə məhz Rövnəq Abdullayevlə Kəmaləddin Heydərovun arasında yaşanmaqdadır: «Kəmaləddin Heydərovun çəkisi və əlindəki imtiyazların miqyası hər kəsə məlumdur. Elə Rövnəq Abdullayev də sürətli karyera yüksəlişi ilə, həmçinin əlindəki maddi imkanları ilə əksəriyyətə meydan oxuyacaq səviyyədədir. Deməli, yenə də məsələ kimə stavka ediləcəyi nöqtəsində ilişib qalır».

Mənbəmiz bildirir ki, əslində Kəmaləddin Heydərovun baş nazir təyin edilməsi imkansız görünür: «O, buna qədər Dövlət Gömrük komitəsinə rəhbərlik edib. Və haqlı olaraq FHN Kəmaləddin Heydərovun son qalası hesab olunur və onun bundan sonra yalnız hansısa güc strukturuna transferi gözlənilə bilər».

Kəmaləddin Heydərovdan fərqli olaraq isə, ARDNŞ prezidenti məhz baş nazir ola bilməsi üçün daha şanslıdır: «Həm də unutmaq lazım deyil ki, Rövnəq Abdullayev birbaşa olaraq prezident komandasında yer alan şəxsdiri və onun üçün yüksəliş qapıları kifayət qədər açıqdır».


Geri qayıt