Əsas Səhifə > Dünya > Ərdoğanın ittihamlarına Amerikadan sərt təpgi gəldi

Ərdoğanın ittihamlarına Amerikadan sərt təpgi gəldi


24-12-2013, 10:09
Ərdoğanın ittihamlarına Amerikadan sərt təpgi gəldi
DİA.AZ: - Son günlər çətin dönəmlərini yaşayan rəsmi Ankara ABŞ-la münasibətlərində də xüsusi bir gərginlik yaşamaqdadır. Bu isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın son həbslərdə Amerikanın barmağının olduğunu iddia etməsindən sonra yaranan bir gərginlikdir.

Amma rəsmi Vaşinqton da susmadı. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Türkiyədəki səfiri "Hürriyət" qəzetinin sorğusu əsasında ölkəsinin Türkiyənin baş nazirinin ittihamlarına cavabını alıb.

Həmin cavabda deyilir: "Vəziyyəti gərginləşdirmək istəmirik. Çünki bunun ağır nəticələri ola bilər. Amma hadisələri diqqətlə izləyirik".

Hər halda belə bir reaksiya rəsmən Ərdoğan iqtidarının hədələnməsi kimi də yoxula bilər.

DİA.AZ bildirir ki, bir müddət əvvəl Türkiyənin Baş naziri xarici diplomatik missiyaların nümayəndələrini ölkənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Onun sözlərinə görə, əgər xarici diplomatik missiyaların nümayəndələri bundan sonra da ölkənin daxili işlərinə müdaxilə etsə, onda məsələni diplomatik səviyyədə həll etmək və səfirləri ölkədən çıxartmaq lazım gələcək.

Geri qayıt