Əsas Səhifə > Cəmiyyət > NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ


11-02-2012, 15:38
NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

SƏBƏB ADLARININ MƏNZİL NÖVBƏLƏRİNDƏN ÇIXARILMASIDIR

Bu gün yüzə yaxın neftçi Dövlət Neft Şirkətinin qarşısında etiraz aksiyası keçirib. Onlar mənzil növbələrindən adlarının çıxarılmasına etiraz ediblər.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının verdiyi məlumata görə, bu problem Dövlət Neft Şirkətinin əməliyyat şirkətləri və müştərək müəssisələrdə var: “Bu müəssisələrin işçiləri ev növbəsindən çıxarılıblar. Bəzi idarələrdə isə işçiləri üçün ev növbəsi üçün tətbiq olunan imtiyaz güzəşt ləğv edilib. Döğvlət Neft Şirkəti kooperativ tikir, bunun üçün 1 hektar torpaq alıb. Evlər tam təmirli şəkildə işçilərə verilməli idi, işçilərin mənzilləri güzəştlə alması nəzərdə tutulmuşdu. İndi işçilər bundan məhrum olublar”.

Qeyd edək ki, piket keçirən fəhlələr “Balaxanı oil” və “Bahar energy”nin işçiləri olublar. Fəhlələrdən Ramiz Ağayev bildirib ki, yüzlərlə fəhlə mənzil növbəsindən çıxarılıb: “Bəzi idarələrdə deyirlər ki, 100 faiz ödəniş etməlisiniz. Yəni ev almaq üçün heç bir güzəşt edilməyəcək. Evin kvadratmetrinə 700-800 manat verməliyik. Ancaq bizim üçün güzəştlər olmalıdır. Biz tələbimizi Dövlət Neft Şirkətinin rəhbərinin köməkçisi Firudin müəllimə bildirdik. O isə tələbimizi ərizə ilə yazıb bildirməyimizi istədi. Hamının tələbi odur ki, güzəştlər təmin olunsun”.


Geri qayıt