Əsas Səhifə > Ölkə, Manşet > BAŞ NAZİRİN MÜAVİNİNƏ YENİ VƏZİFƏ

BAŞ NAZİRİN MÜAVİNİNƏ YENİ VƏZİFƏ


11-02-2012, 15:33
BAŞ NAZİRİN MÜAVİNİNƏ YENİ VƏZİFƏ

RÖVŞƏN CAVADOVLA QOHUMLUQ ƏLAQƏSİNİ KƏSƏN ŞƏRİFOV BİRDƏFƏLİK «VURULMUR»

DİA.AZ: - Çoxdandır ki, Nazirlər Kabineti sistemində struktur islahatlarının həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılsa da, bu yöndə heç bir hərəkətlənmə müşahidə olunmurdu. Artıq yenilik var. Redaksiyamıza sözügedən qurumdakı məlumatlı çevrələrdən sızan informasiyada bildirilir ki, gələn ayın əvvəlindən etibarən NK sistemində struktur və kadr islahatları gerçəkləşəcək.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən xəbərə görə, Nazirlər Kabineti vöfqəladə hallar komissiyasının ləğvi planlaşdırılır: «Komissiyaya rəhbərlik edən və eyni zamanda baş nazirin müavini postunu tutan Abid Şərifovun isə fövqəladə hallar nazirinin müavini təyin edilməsi nəzərdə tutulub».

Mənbəmiz bildirir ki, bir zamanlar keçmiş «OMON»un komandiri, daxili işlər nazirinin sabiq müavini mərhum Rövşən Cavadovla qohumluq əlaqələrini kəsən Abid Şərifov yenə də hakim komanda üçün əhəmiyyət daşıdığından onun Kəmaləddin Heydərova müavin göndərilməsi planlaşdırılır: «Eləcə də NK-ya aid daha bir neçə təşkilatın ləğvi də nəzərdə tutulub ki, bununla bağlı əsas məlumatlar yaxın günlərdə açıqlanacaq.

Geri qayıt