Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOV «RESPUBLIKA»YA BAŞ REDAKTOR TAPIB

ƏLİ HƏSƏNOV «RESPUBLIKA»YA BAŞ REDAKTOR TAPIB


3-10-2011, 12:23
ƏLİ HƏSƏNOV «RESPUBLIKA»YA BAŞ REDAKTOR TAPIB

PA RƏSMİSİ MEDİA İMPERİYASININ SƏRHƏDLƏRİNİ GENİŞLƏNDİRİR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov «Respublika» qəzetinin rəhbərliyinə qarşı da əməlli-başlı müharibə elan edib. Bildirək ki, «Respublika» qəzeti Prezident Administrasiyasının rəsmi orqanı olmasına baxmayaraq, məhz Əli Həsənovun bu mətbu orqana rəhbərlik edən Teymur Əhmədova kin saxlamasının nəticəsində bu gün sözügedən əzetdə çox ciddi maliyyə problemləri yaşanmaqdadır.

Onu da xatırladaq ki, bizim daha çox müxalifət qəzetlərinə qarşı kampaniya aparması səbəbindən, müxalif mətbuatın bütün problemlərinin əsas səbəbkarı olması nədəniylə diqqətimizə cəlb etmiş Əli Həsənov əslində özünə media imperatorluğu qurma yolunu tutduğundan iqtidara aid mətbu çevrələri də hədəfinə çevirib. Onların sırasında mətbə sektoru da var, mətbuat yayımı sektoru da. Eyni zamanda Əli Həsənov rəsmi mətbuatda da öz adamlarını yerləşdirdiyindən bu gün Əli Həsənova tabe olmayan «Respublika» qəzeti ciddi problemlər yaşayır.

Məlumatımızda bildirmişdik ki, PA rəhbəri Ramiz Mehdiyevin müəllimi olmuş Teymur Əhmədov yalnız bu statusunun hesabına ayaqda və görəvdə qalmaqdadır. Yəni bu səbəbdən Əli Həsənov ona qarşı addımlarında ehtiyatlı davranmağa çalışır. Amma yalnız EHTİATLI! Bütün düşmənçiliyini isə var gücü ilə davam etdirir.

Bu barədə “Dünya” İnformasiya Agentliyinə (dia.az) daxil olan məlumatlarda qeyd olunur ki, Əli Həsənov «Respublika» qəzetinə kənardan maliyyə axınının qarşısını alır: «Abuna işi də Əli Həsənovun əlində olduğundan və bu adamın Teymur müəllimə düşmən kimi baxması səbəbindən bu gün «Respublika» qəzetinə olan abunələrin sayı da digər rəsmi mətbuatla müqayisədə çox aşağıdır. Hətta az qala Əli Həsənovun sağ əli kimi tanınan Vüqar Səfərlinin «Mövqe» qəzeti bu gün «Respublika» qəzetindən daha da təminatlı durumdadır».

Mənbəmiz bildirir ki, Əli Həsənov artıq «Respublika» qəzetinin baş redaktoru postuna namizəd də tapıb: «Bu adam hazırda «Kaspi» qəzetində çalışır». Mənbəmiz bildirir ki, hazırda «Kaspi» qəzetində çalışan Nurəddin Heydərlinin «Respublika» qəzetinə baş redaktor gətirilməsi planlaşdırılır. Onu da qeyd edək ki, Nurəddin Heydərli bir zamanlar «Kaspi» qəzetinin baş redaktoru olub. Bu qəzetin isə birbaşa olaraq Əli Həsənova bağlı olduğu faktdır.


Geri qayıt