Əsas Səhifə > Güney Press, Reklam > “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollayın...

“1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollayın...


23-12-2013, 13:19
“1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollayın...
“Bakcell” şirkəti öz abunəçiləri üçün “Ulduzum” adlı yeni proqram təqdim edir.

Bu proqram çərçivəsində “Bakcell” bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyaz və xidmət təklif edir. “Ulduzum”a qoşulan hər kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər.

“1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaqla abunəçi “Ulduzum”a üzv ola bilər.

Proqrama qoşulan abunəçilər iki kateqoriyaya bölünür: “Ulduzum” və “Ulduzum Premium” üzvləri.

Aşağıdakı meyarlara uyğun olan abunəçilər avtomatik olaraq “Ulduzum Premium” kateqoriyasına aid edilirlər:

- 5 ildən çox “Bakcell”in abunəçisi olan şəxslər;

- Əvvəlki ayda balansına 15 manat yükləmiş abunəçilər;

- Gold və Klass XXL tarifində olan bütün abunəçilər.

Bütün digər abunəçilər isə “Ulduzum” kateqoriyasına aid ediləcəklər.

“1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərməklə proqrama qoşulan abunəçi “*” yazıb 5555 qısa nömrəsinə SMS göndərməklə 4 rəqəmli şifrə alacaq (SMS-in qiyməti 3 qəpikdir). Bundan sonra abunəçi aldığı kodu “Ulduzum” partnyor şəbəkəsində təqdim etməklə endirimlərdən faydalana biləcək.

“STATUS” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi “Ulduzum” proqramında hansı kateqoriyaya aid olduğunu təyin edə bilər.

“INFO” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi “Ulduzum” proqramı haqqında ətraflı məlumat əldə edə bilər.

Gün ərzində 10 dəfə şifrə əldə etmək olar. Hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.

“Ulduzum” proqramından çıxmaq üçün “STOP” sözünü yazaraq 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək lazımdır.

Geri qayıt