Əsas Səhifə > Cəmiyyət, Manşet > BAKIDAN İRANA GÖZLƏNİLMƏZ TƏRS ŞİLLƏ
BAKIDAN İRANA GÖZLƏNİLMƏZ TƏRS ŞİLLƏ11-02-2012, 13:48 |
İSLAM İNQİLABININ İLDÖNÜMÜ MƏRASİMİNƏ YAP İQTİDARI DIRNAQARASI BAXDI DİA.AZ: - Bu gün İranda islam inqilabının 33-cü ildönümü münasibətilə təntənəli bayram tədbirləri keçirilir. Paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. 22 min tələbə birlikdə inqilabın marşını oxuyub. Hazırda paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edir. Onlar “İstiqlal, Azadlıq, İslam Cümhuriyyəti!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm” və s. şüarlar səsləndirirlər. Bundan əlavə, eyni vaxtda İranın 818 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri keçirilir. Tehrandakı mitinqdə İran prezidenti Mahmud Əhmədinejad və hazırda bu ölkədə səfərdə olan Fələstinin “HAMAS” təşkilatının lideri İsmayıl Haniyə çıxış edəcəklər. Onu da bildirək ki, sözügedən səbəblə bağlı Bakıda da tədbir keçirilib. Dünən İranın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə «Gülüstan» sarayında islam inqilabının ildönümü ilə bağlı ziyafət təşkil olunub. Qeyd edək ki, ziyafətə ayrı-ayrı dövlət adamlarının, KİV nümayəndələrinin, yerli ictimaiyyətin tanınmış simalarının qatılması planlaşdırılsa da, mərasim heç də gözlənilən təmtəraqda baş tutmayıb. Ziyafət iştirakçılarından birinin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) verdiyi məlumatdan aydın olur ki, «Gülüstan» sarayındakı tədbirə rəsmi Bakı dırnaqarası baxıb ki, bu da əslində son zamanlar İran-Azərbaycan münasibətlərindəki gərginliyin təzahürü kimi qəbul edilməlidir. Mənbəmiz bildirib ki, ilk dəfə idi, hətta Azərbaycan iqtidarı İran səfirliyinin tədbirində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun timsalında belə təmsil olunmurdu: «Hakimiyyət adına gözə yalnız YAP-çı millət vəkili Aydın Mirzəzadə gözə dəydi. Yerli KİV-in bəzi təmsilçiləri mərasimə qatılsa da, hətta Mətbuat Şurasının sədri Əflatun Amaşov da İrana qarşı olan rəsmi aqressiyaya iştirak etməməsi ilə dəstək vermiş oldu». Geri qayıt |