Əsas Səhifə > Partiya > QARABAĞ ERMƏNİLƏRİ KİMİ SEÇƏCƏK

QARABAĞ ERMƏNİLƏRİ KİMİ SEÇƏCƏK


11-02-2012, 13:35
QARABAĞ ERMƏNİLƏRİ KİMİ SEÇƏCƏK

DEPUTATA GÖRƏ, AZƏRBAYCANIN SEÇİLMƏ EHTİMALI YÜKSƏKDİR

«Dağlıq Qarabağım rəsmi statusu müəyyən olunana qədər bu bölgənin azərbaycanlıları öz əvvəlki yaşayış məskənlərinə təhlükəsiz şərtlər daxilində qayıda bilmək imkanı əldə etməlidirlər. Daha sonra isə, düşünürəm ki, icmalar öz aralarındakı dialoq şərtləri çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün vahid qərara gələ biləcəklər». DİA.AZ-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “yap.org.az” portalına deyib.

R.Musabəyov bildirib ki, Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibində yaşamaq istəyində olması ehtimalı böyükdür. Çünki sosial vəziyyəti ağır olan Ermənistan Qarabağ ermənilərinin maddi vəziyyətini bərbad vəziyyətə salıb.

«Ona görə də, həmin ermənilərin Azərbaycanın himayəsində yaşamağa üstünlük verməsi realdır. Ermənistandan daxil olan dotasiyalarla birlikdə Dağlıq Qarabağın büdcəsi 185 mln. dolları keçmir. Bununla belə, bu rəqəm həqiqətdə hətta bəyan edilən məbləğdən də aşağı ola bilər. Müqayisə üçün deyək ki, Naxçıvanın büdcəsi Dağlıq Qarabağın büdcəsindən 2,5 dəfə çoxdur. Əsasən, Naxçıvanın bu məbləğdə büdcəsi dövlətin verdiyi dotasiyalar hesabına bu rəqəmədək yüksəlir.

Yəni, bu imtiyazlardan həm də Dağlıq Qarabağın əhalisi də istifadə edilə bilər. Gələcəkdə, Azərbaycan hökuməti Dağlıq Qarabağ əhalisinin əksər hissəsi- həm azərbaycanlılar, həm də bu bölgənin erməni icması üçün bütün ölkə əhalisinin faydalandığı imtiyazlardan istifadə etmək imkanı yaradacaq»- deyə politoloq qeyd edib.


Geri qayıt