Əsas Səhifə > Hadisə > Ana və 10 yaşlı oğlunun faciəli aqibəti

Ana və 10 yaşlı oğlunun faciəli aqibəti


23-12-2013, 10:12
Ana və 10 yaşlı oğlunun faciəli aqibəti
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Küçədə 10 yaşlı oğlu ilə yolu keçmək istəyən, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Ziyafət Babayeva Göygöl rayon sakini, İsa Mustafayevin idarə etdiyi “QAZ 31” markalı avtomobil tərəfindən vurulub. Qadın Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun oğlu, 2003-cü il təvəllüdlü Sərxan Məmmədovun isə vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.

Geri qayıt