Əsas Səhifə > Dünya > Ərdoğan iqtidarı çətin günlərini yaşayır

Ərdoğan iqtidarı çətin günlərini yaşayır


23-12-2013, 10:11
Ərdoğan iqtidarı çətin günlərini yaşayır
İstanbulda keçirilən hökumət əleyhinə etiraz aksiyalarında polislə nümayişçilər arasında qarşıdurma baş verib.

SalamNews-un “Hürriyet”ə istinadla verdiyi xəbərə görə, Kadıköy Meydanına doğru yürüyən iştirakçılar "Hökumət istefa", "Korrupsiyaya, yağmağa, rüşvətə son", "Birlikdə etdiniz birlikdə hesab verəcəksiniz", "Xalq korrupsiyanın hesabını soruşacaq" şüarları səsləndiriblər.

Polisin xəbərdarlığına baxmayaraq, insanlar dağılışmayıblar. Polis onlara təzyiqli su, rezin güllə və gözyaşartıcı qazla müdaxilə edib.

Geri qayıt