Əsas Səhifə > Siyasət, Manşet, Ana xəbərlər > Bəylər Əyyubov PKK yandaşlarına necə dəstək verib?

Bəylər Əyyubov PKK yandaşlarına necə dəstək verib?


23-12-2013, 09:52
Bəylər Əyyubov PKK yandaşlarına necə dəstək verib?
İlginc faktlar açıqlandı: Generalın adı yenidən qarışıq olaylarda hallanır

DİA.AZ: - Adı kifayət qədər ciddi proseslərdə hallandırılan və mövqe baxımından əlahiddə səlahiyyətlərə malik olduğu şübhə doğurmayan general Bəylər Əyyubovla bağlı maraqlı bir informasiyalar almışıq. Hər halda, əldə etdiyimiz faktları dəqiqləşdirmə imkanlarının məhdudluğunu nəzərə alaraq, onlardan yalnız bəzilərini diqqətinizə təqdim etmə qərarını verdik ki, bunun da anlaqlı qəbul ediləcəyinə inanırıq.

Beləliklə, DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu gün əslində Azərbaycandə açıq şəkildə PKK teror təşkilatını dəstəkləyən və hətta bu istiqamət üzərə xarici kəşfiyyat orqanları ilə əlaqəli şəkildə həoəkət edən bir sıra çevrələr məhz Bəylər Əyyubova söykəndiklərini gizlətmirlər.

Mənbənin söylədikləri: «Dəfələrlə, adları PKK ilə qoşa çəkilən şəxslərlə bağlı dövlətin müvafiq qurumlarının gördüyü tədbirlər məhz Bəylər Əyyubova aid çevrələrin müdaxiləsi ilə yarımçıq saxlanılıb, əhəmiyyətsiz hala salınıb. Bu faktdır. Və fakt ondan ibarətdir ki, Şimali İraq hökuməti ilə gözəl münasibətləri olan Bəylər Əyyubovun himayəsi altında bu gün Azərbaycan sərhədləri daxilində PKK-nın maliyyə qaynaqları sərbəst şəkildə hərəkət edirlər».

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, məhz Bəylər Əyyubovdan aldıqları dəstək sayəsində böyük potensiala malik olan həmin qüvvələr hətta Azərbaycanda özlərinə ciddi biznes şəbəkələri də qurublar. Əslində bu barədə yerli mətbuatımızda davamlı olaraq informasiyalar verilib. Yəni heyrətlənəsi heç nə yoxdur. Sadəcə olaraq, bir maraqlı məqam var ki, həmin qüvvələrin tərkibi olduqca ilgincdir.

Bu barədə danışan mənbəmiz iddia edir ki, İrandan, Şimali İraqdan, Türkiyədən, hətta Əfqanıstandan belə olan kürd əsilli terrorçu qafalılar bu gün Azərbaycanda ciddi biznes şəbəkəsinə malikdirlər: «Onların zavodları, restoranları, müxtəlif iaşə obyektləri, bir sözlə gəlir gətirən yetərincə ünvanları var ki, bunun da himayədarı kimi Bəylər Əyyubovun adı nişan verilir».

Hər halda, bu gün PKK-nın birbaşa olaraq Azərbaycan üçün də təhlükə rolunu oynadığı faktdır. Bunu elə bu günlərdə mətbuatda səslənən son informasiyalar da təsdiqləmiş oldu. Yəni dünənə qədər əgər kimlərsə «PKK yalnız Türkiyənin problemidir» məntiqindən çıxış edərək bu məsələyə dırnaqarası baxırdısa, artıq belə bir komfortumuz da yoxdur. Yəni PKK təkcə Türkiyənin yox, həm də Azərbaycanın problemidir. Və bu gün PKK-nı özünün silahlı birləşməsi elən edən Şimali İraq ərazilərindəki qondarma «kürd dövləti» birbaşa olaraq Azərbaycanın Naxçıvan ərazisinə iddia etməkdədir və Naxçıvanı öz torpaqları kimi təqdim etməkdədirlər. Təbii ki, biz burada kürdlərin başlarından böyük iddia ilə tarixi Azərbaycan torpaqları olan Kərkükə, Mosula, Qarsa, İğdıra, Diyarbəkirə, Ərzuruma, Güney Azərbaycanın böyük bir hissəsinə olan iddialarından danışmırıq. Yəni bu gün əlimizdə olan torpaqlarımızdan Naxçıvana belə iddiada bulunan bölücü kürdlərin təkcə Türkiyə üçün deyil, həm də Azərbaycan üçün problemə çevrildiyi faktdır. Və belə bir faktın qarşılığında PKK yandaşlarının özlərini Azərbaycanda rahat hiss etmələri… hər halda, müvafiq dövlət qurumları tərəfindən cavabı verilməli olan bir hadisədir.

Bəylər Əyyubov PKK yandaşlarına necə dəstək verib?

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Bu günlərdə Şimali İraqdan gələn bir qrup Azərbaycanın gömrük sərhədlərində saxlanılıb və həmin qrupun əslində PKK-ya bağlı olan dəstə olduğu müəyyənləşib və onlar Türkiyənin kəşfiyyat orqanlarından gizlənə bilmələri üçün Naxçıvan yolu ilə Azərbaycana keçməyə çalışıblar: «Amma həmin qrupu sərhədçilərimiz zərərsizləşdirsə də, qısa müddətdən sonra və özü də Bəylər Əyyubovun adından edilən müdaxilənin ardından dərhal sərbəst buraxalıblar və qrup üzvləri Azərbaycana keçə biliblər».

Onu da bildirək ki, yaxın günlərdə PKK yandaşlarının Azərbaycandakı şirkətləri, biznesləri ilə bağlı konkret faktları diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt