Əsas Səhifə > Şou-biznes > Türkiyədən Bakıya bir "düjün" sənətçi gəlir...

Türkiyədən Bakıya bir "düjün" sənətçi gəlir...


23-12-2013, 08:57
Türkiyədən Bakıya bir "düjün" sənətçi gəlir...
Dekabrın 23-ü “JW Marriott Absheron Hotel”də V “The First 2013” mükafatlandırma mərasimi olacaq. SİA-nın verdiyi xəbərə görə, gecə saat 18:00-da başlayacaq. Həmin gün Türkiyənin tanınmış sənətçiləri, aktyorları qatılacaq. Tədbirdə Türkiyənin məşhur “Kaybolan yıllar” serialının baş rol ifaçısı Saruhan Hunel iştirak edəcək. Mükafatlandırma mərasiminin sürpriz qonaqları sırasında “O Səs Türkiyə”nin finalçılarından olan və “Üsyan” mahnısı ilə sevilən Ayda Mooşarraf və müğənni Aslı Hünel özəl olaraq sevilən mahnılarını səsləndirəcək. Bununla yanaşı, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar öz musiqi töhfələri ilə xoş dəqiqələr yaşadacaqlar.

Qeyd edək ki, biletlərin qiyməti 20 AZN-dir. Mərasimdə iştirak etmək üçün (050) 358 77 55 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Geri qayıt