Əsas Səhifə > Sosial, Manşet > QAR İSMƏT ABBASOVUN İŞİNƏ YARADI

QAR İSMƏT ABBASOVUN İŞİNƏ YARADI


11-02-2012, 13:10
QAR İSMƏT ABBASOVUN İŞİNƏ YARADI

AMMA GÖRÜLƏN İŞLƏRİN YETƏRSİZLİYİ KTN ŞEFİNƏ BAŞAĞRISI YARADACAQ

DİA.AZ: - Kənd Təsərrüfatı Naziri İsmət Abbasova qarşı yeni kampaniyaya start verildi. Dəfələrlə hakimiyyətə yaxın dairələrdə İsmət Abbasovun sıradan çıxarılması məsələsi müzakirə olunsa da prezidentin məsələyə müdaxiləsindən sonra nazir postunu qoruya bildi.

Əvəzində isə Kənd Təsərüfatı Naziri rəsmi şəkildə bildirdi ki, kənd təsərüfatının inkişafı üçün ciddi addımlar atacaq, hətta ölkənin un ehtiyatını tam təmin etmək üçün taxılçılıq məsələsini priroritet mövzu kimi gündəmdə saxlayacaq. Bir sözlə İsmət Abbasov ölkənin çörək ehtiyatını tamlıqla öz üzərinə götürdü.

Deyəsən, indi işlər qaydasında getmir. Havaların qarlı keçməsinə və bunun da taxılçılıqda müsbət hadisə kimi qəbel edilməsinə baxmayaraq, nəzərdə tutulandan daha az məhsulun əldə olunması proqnozlaşdırılır. Bu isə sözügedən sahəyə daha az diqqətin olması ilə bağlıdır. Yəni təbiət öz işini görsə də, dövlət öhdəsinə düşəni gərəkən səviyyədə etmir. Bunun suçlusu isə təbii ki, KTN şefidir.

Bununla bağlı “Dünya İnformasiya Agentliyi redaksiyasına (dia.az) hökumət içindəki qaynaqlardan ötürülən məlumatlarda deyilir ki, İsmət Abbasova qarşı cəbhə açan bir neçə nazir və özünün müavinlərindən biri artıq aktivləşiblər və taxıl yığımından sonra onu prezidenti aldatmaqda və çörək böhranı yaratmaqda günahlandıracaqlar. İsmət Abbasov isə hətta öz cibindən belə pul ödəməklə Qazağıstandan taxıl almaq istəyir. Görünür, bu dəfə İsmət Abbasov düşdüyü vəziyyətdən çıxa bilməyəcək.


Geri qayıt