Əsas Səhifə > Partiya > PİKETÇİLƏR İRAN SƏFİRLİYİNƏ YAXIN BURAXILMADI

PİKETÇİLƏR İRAN SƏFİRLİYİNƏ YAXIN BURAXILMADI


14-09-2011, 16:20
PİKETÇİLƏR İRAN SƏFİRLİYİNƏ YAXIN BURAXILMADI

“VƏTƏN, TORPAQ BÖLÜNMƏZ, ANA DİLİM ÖLMƏZ!”

Milli İstiqlal Partiyasının bir qrup fəalı sentyabrın 14-də İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. “Turan”ın məlumatına görə, piket iştirakçıları Urmiya gölünün quruması və azərbaycanlıların hüquqlarının pozulmasına görə İran hakimiyyətini qınayıblar. Aksiyaçılar “Soyqırımına son!”, “Vətən, torpaq bölünməz, ana dilim ölməz!” şüarları səsləndiriblər.

Polis qüvvələri aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyiblər. Bununla belə, AMIP təmsilçiləri piketin qətnaməsini poçt qutusuna ata biliblər. Qətnamədə İranda Urmiya gölünün müdafiəsi ilə bağlı keçirilən aksiyaların iştirakçılarına qarşı repressiyalar pislənir, həbs olunmuş azərbaycanlı fəalların azadlığa buraxılması tələb olunur.


Geri qayıt