Əsas Səhifə > Şou-biznes > ELŞAD XOSEYƏ XOŞ GƏLMƏK ÜÇÜN…

ELŞAD XOSEYƏ XOŞ GƏLMƏK ÜÇÜN…


11-02-2012, 12:48
ELŞAD XOSEYƏ XOŞ GƏLMƏK ÜÇÜN…

RƏQQASƏ OKSANA PLASTİK ƏMƏLİYYAT OLUNDU

Repçi Elşad Xose ilə ailə qurmağa hazırlaşan populyar rəqqasə Oksana Rəsulova toyqabağı gözəlləşmək qərarına gəlib.

Day.Az saytının verdiyi məlumata görə, o, burnunu əməliyyat etdirmək üçün plastik cərraha müraciət edib.

"Əməliyyat Bakıdakı klinikalardan birində oldu. Açığı, hər şeyin belə asan olacağını düşünmürdüm. Bu klinikada bir sıra məşhur türkiyəli aktyor və müğənnilər plastik əməliyyat olunublar. Mən də sınamaq istədim və uğurlu alındı. Nəticədən razıyam", - deyə Oksana yerli telekanallardan birinə açıqlamasında bildirib.


Geri qayıt