Əsas Səhifə > Ölkə, Manşet > DEPUTATIN UNİVERSİTETİNDƏN NAZİRƏ ŞİKAYƏT

DEPUTATIN UNİVERSİTETİNDƏN NAZİRƏ ŞİKAYƏT


20-12-2013, 15:41
DEPUTATIN UNİVERSİTETİNDƏN NAZİRƏ ŞİKAYƏT
TƏLƏBƏLƏRİ «ODLAR YURDU»NUN ATƏŞİ YANDIRIR

DİA.AZ: - Mikayıl Cabbarovun bu günlərdə Sumqayıt Dövlət Universitetində həyata keçirdiyi radikal islahatlar bir çoxlarının ürəyincə olub, desək, yanılmarıq. Xüsusən də ali məktəb tələbələrinin. Elə DİA.AZ-a yazdıqları müraciətlərində «Odlyar Yurdu» Universitetinin bir qrup tələbəsi Mikayıl Cabbarovun SDU ilə bağlı atdığı addımları alqışladığını bildirirlər, amma «Odlar Yurdu» Universitetinə (OYU) sıranın nə zaman çatacağını da soruşurlar.

Tələbələr yazır: «Təbii ki, biz OYU-nun bağlanmasını arzulamırıq. Çünki ABU-nun, AMU-nun və digər buk imi ali təhsil ocaqlarının tələbələrinin bağlanma qərarından sonra hansı duruma salındıqlarını yaxşı bilirik. Amma yenə də OYU-da baş verən oyunlar bizi artıq yorub».

Tələbələr bildirir ki, deputat Əhməd Vəliyevin rektorluq etdiyi universitet əməlli-başlı bazar qaydaları ilə idarə olunur: «Bu ali təhsil ocağından yaxşı «bazarkom»lar yetişəcək. Çünki bizə ancaq bazar qaydalarını öyrədirlər. Hər addımbaşı pul yığılır. Pulu olmayan tələbənin isə günü qaradır. Doğrudur, oxuyan tələbəyə «yaşıl işıq» yandırılır. Amma bir balaca zəifi olanlardan açıq şəkildə pul istəyirlər».

Tələbələr təhsil nazirinə müraciət edərək bildirirlər ki, artıq OYU-da da islahatların aparılması zamanı yetişib: «Cənab nazir. Bizim ali məktəbimizi bağlamayın. Amma bura yaxşı rəhbərlik göndərin ki, biz də normal təhsil ala bilək».

Yazıda qeyd olunanlarla bağlı bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt