Əsas Səhifə > Partiya > "İNQİLABLAR HEÇ BİR DÖVLƏTƏ XEYİR VERMƏYİB"
"İNQİLABLAR HEÇ BİR DÖVLƏTƏ XEYİR VERMƏYİB"19-12-2013, 13:52 |
“Postsovet məkanında baş qaldıran növbəti səs-küylü etirazlar ölkəmizin düzgün yolda olduğunu, xarici siyasətdə kiminsə maraqlarına işləməyin faciələrə gətirib çıxardığını bir daha ortaya çıxardı”. Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Ukraynada baş qaldıran növbəti inqilab dalğasından danışarkən belə deyib. Onun sözlərinə görə, hazırda qərblə Rusiya arasında Ukraynaya nəzarət uğrunda açıq savaş gedir və bunun fəsadlarını sadə ukraynalılar yaşayır: “İnqilablar, daxili təlatümlər heç bir dövlətə xeyir gətirməyib. Bundan qazanan dünya gücləri olub və onlar daxili iştişaşlardan öz maraqlarını həyata keçirmək üçün istifadə ediblər. Biz Ukraynanın timsalında bunu aydın görürük. Son səkkiz ildə artıq üçüncü dəfədir ki, Ukraynada hakimiyyət dəyişikliyi baş verir. Qırğızıstanda, Gürcüstanda da buna oxşar hadisələr baş verib. Qırğız xalqı yeni prezident Almazbek Atambayevin istefaya göndərilməsi üçün imzatoplama kampaniyasına başlayıb. Bütün bunlar həmin ölkələrin zəifləməsinə, sosial-iqtisadi problemlər yaşamasına gətirib çıxarır. Başqa sözlə ifadə etsək, inqilablar hər bir dövləti 50 il geri atır. Ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət kursu daxildə sabitliyin qorunmasına və ölkə iqtisadiyyatının inkişafına səbəb olub. Bu da İlham Əliyevin rəhbərliyilə aparılan siyasətin xalqın maraqlarına uğyun həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilə bilər”. Geri qayıt |