Əsas Səhifə > Sosial, Manşet > ŞOK: MƏMURLARIN MADDİ VARLIQLARI NƏZARƏTƏ ALINIR

ŞOK: MƏMURLARIN MADDİ VARLIQLARI NƏZARƏTƏ ALINIR


19-12-2013, 12:43
ŞOK: MƏMURLARIN MADDİ VARLIQLARI NƏZARƏTƏ ALINIR
100-Ə YAXIN MƏMURUN BANK HESABI KONTROLDADIR: TƏHLÜKƏ OLA BİLƏR

DİA.AZ: - Vəzifə başında olan bir sıra məmurların fəaliyyəti araşdırıla bilər. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr ötürüb. Xəbəri verən qaynaq iddia edir ki, Türkiyədə baş verən olayların Azərbaycanda da dalğası hiss olunmaqdadır.

Mənbənin şok açıqlamalarını diqqətinizə təqdim edirik: «Təbii ki, olaylar zamanı həbs olunan gənc iş adamı Rza Zərrabın Azərbaycanla bağları danılmaz faktdır. Rza Zərrab eyni zamanda bir sıra məmurlarımızla təkcə dostluq əlaqələri olmayıb və eyni zamanda işgüzar münasibətləri olub».

Bu sarıdan bəzi məmurlarımızın hədəfə çevrildiyini bildirən mötəbər mənbə iddia edir ki, amma təftiş qərarına təkcə sözügedən fakt nədən olmayıb: «Ümumiyyətlə, təxminən 100-ə yaxın mühüm post tutan məmurların maliyyə əməliyyatları, maddi varlıqları təftiş olunacaq. Bu barədə qərar verilib. Burada əsas məqsəd məmurların maliyyə işlərinə nəzarət əldə etməklə yanaşı, onlarla bağlı dolğun bilgilərin toplanmasına da nail olmaqdır».

Mənbəmiz iddia edir ki, böyük imkanlara malik olan bəzi məmurlar haqqında belə bilgilərin toplanması təsadüfi deyil: «Burada təsadüfi heç nə yoxdur. Bütün normal ölkələrdə bu kimi addımlar atılır və bu cür prosedur işləri həyata keçirilir. Sırf təhlükəsizlik baxımından. Dövlət oyuncaq deyil və dövlət bütün bilgiləri öz əlində saxlamalıdır ki, ertəsi gün sıxıntı yaşamasın və öz pulları özünə qarşı çevrilməsin».

Mənbəmizin sözlərinə görə, artıq bəzi məmurların və onlara yaxın olan şəxslərin bank hesabları nəzarətə götürülüb: «Təkcə bununla kifayətlənməyəcəklər. Daha ciddi addımlar atılacaq. Buna səbəb isə bu günlərdə baş verən olaylardır. Ciddi informasiya sızıntılarının qarşısı da bu yolla alınmış olacaq».

Geri qayıt