Əsas Səhifə > Partiya > BƏXTİYAR HACIYEVƏ QOHUM DƏSTƏYİ

BƏXTİYAR HACIYEVƏ QOHUM DƏSTƏYİ


10-02-2012, 12:07
BƏXTİYAR HACIYEVƏ QOHUM DƏSTƏYİ

ƏMİSİ OĞLU MƏHBUS FƏALA GÖRƏ ACLIQ QƏRARI VERDİ

Gəncənin Nizami Rayon Məhkəməsində məhbus fəal Bəxtiyar Hacıyevin əmisi oğlu Fikrət Hacıyevin Gəncə Dövlət Universitetinə qarşı iddiası üzrə proses başa çatıb. Gəncə Dövlət Universitetinin müəllimi olmuş Fikrət Hacıyev işdən qanunsuz çıxarıldığını iddia edir, universitetə bərpa olunmasını istəyirdi. Fevralın 9-da məhkəmə iddianı təmin etməyib.

“Media forum” saytına açıqlamasında Fikrət Hacıyev deyib: “2011-ci il dekabrın 20-də Gəncə Dövlət Universitetində əmək müqaviləm "seçki müddəti qurtardığına görə" bəhanəsi ilə ləğv edilib. Əsas kimi fakültə elmi şurasında gizli səsvermə zamanı lehimə 4, əleyhimə 12 nəfərin səs verməsi göstərilir. Əsl səbəb aylarla dərsə gəlməyən tələbələrə qaib yazdığıma görə kafedra və fakültə rəhbərliyinin təşkil etdiyi təqib və təhqirlərə dözməyib müxtəlif dövlət orqanlarına şikayət etməyim olub. Gəncənin Nizami Rayon Məhkəməsinə işə bərpa iddiası ilə ərizə vermişdim. Fevralın 9-da məhkəmə iddiamı təmin etmədi.

1982-ci ildə Moskva Energetika İnstitutunun elektron texnikası fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1990-cı ildən indiki Gəncə Dövlət Universitetində işləyirəm. Qarabağ müharibəsi veteranıyam. 1994-cü ildən müəllim işləyirəm və ailəmin itirdiyim maaşdan başqa (müharibə veteranı kimi aldığım 33 manat nəzərə alınmasa) heç bir gəliri olmadığına, 52 yaşımda yeni iş tapmağım qeyri-mümkün olduğundan fevralın 10-dan etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıram”.


Geri qayıt