Əsas Səhifə > Cəmiyyət > REDAKSİYA PİKET QƏRARI VERDİ

REDAKSİYA PİKET QƏRARI VERDİ


10-02-2012, 12:01
REDAKSİYA PİKET QƏRARI VERDİ

“YENİ MÜSAVAT” BAKIELEKTRİKŞƏBƏKƏ”YƏ QARŞI

"Yeni Müsavat" qəzetinin kollektivi "Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətinin qarşında piketə hazırlaşır. Qəzet rəhbərliyindən verilən məlumata görə, buna səbəb üç gündür ki, redaksiyanın yerləşdiyi binaya elektrik enerjisinin uzunmüddətli fasilələrlə (gün ərzində 7-8 saat) verilməsidir. Nəticədə günün işıqlı vaxtı qollektivin normal qaydada fəaliyyət göstərməsi mümkün olmur. Əməkdaşlar paltolu, papaqlı, əlcəkli halda işləməyə məcbur olurlar. Ümumiyyətlə, qəzet generator enerjisinin hesabına yığılır,səhifələnir. Bu, isə həm əlavə məsrəfdir, həm də isinmə qurğularının işləməsi üçün yetərli deyil.

"Yeni Müsavat" rəhbərliyi bildirir ki, kollektivin bu gün "Bakıelektrikşəbəkə"nin qarşısında piketə çıxacağı barədə qurumun mətbuat xidmətinə xəbər verilib və hazırda onlardan cavab gözlənilir: "Əgər redaksiyaya elektrik enerjisinin verilməsi bərpa olunsa piket təxirə salınacaq. Başqa yolumuz yoxdur. Soyuq otaqlarda işləməkdən bir neçə əməkdaşımız xəstələnib. Redaksiya xeyli miqdarda ziyana düşüb".


Geri qayıt