Əsas Səhifə > Siyasət, Manşet > SƏLİM MÜSLÜMOVUN QƏRARI YERLƏRDƏ NARAZILIQ YARADIB

SƏLİM MÜSLÜMOVUN QƏRARI YERLƏRDƏ NARAZILIQ YARADIB


19-12-2013, 09:08
SƏLİM MÜSLÜMOVUN QƏRARI YERLƏRDƏ NARAZILIQ YARADIB
ƏLİLLİK DƏRƏCƏSİNİ YOXLATDIRAN YENİ NAZİR ƏLİLLƏRƏ ƏLAVƏ İŞ AÇIB

DİA.AZ: - İmişli şəhər Həsənoğlu küçəsi 14 saylı evdə yaşayan Həsənov Əlimuxtar Albaba oğlu tərəfindən prezident İlham Əliyevə və Milli Məclisin üzvü, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Möhtərəm cənab, Prezident!
Məmurların özbaşınalıq, ərköyünlükləri sadə vətəndaşlarımızın başlarında çatlamaqdadır.
Ən acınacaqlısı da odur ki, bu gün əlillərlə, sağlamlığını itirən insanlarla vuruşan məmurlar da yetərincədir.. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq bu yolu tutub. Vəzifəyə təyin olunduğu gündən bütün ambisiyalarını ortaya qoyan, Əmək Müfəttişliyinin naziri olan Səlim Müslümov əmək qanunvericiliyini poza-poza gəlir, “dur” deyəni yoxdur.

ANS-in tanınmış siması olan Mirşahin nazir Səlim Müslümovu imtahana çəkdi. Nazir ziddiyyətli cavablar verdi. Bildirdi ki, hamısı gəlib ərizələrini verib gedirlər. Azərbaycanda istefa mədəniyyəti yoxdur. Amma 182 manat maaşa işləyən TSEK müdirlərinin niyə ağır yükün altına girdiklərini xatırladan nazir Mirşahinə bundan sonra gələn TSEK müdirlərinin “aydan düşdüklərinə” şübhə etmədiyini bildirir.

17 min əlillik dərəcəsi alanların və onlara təsdiqləyici arayışların verilməməsi və artıq əlillik dərəcələri təsdiq olunmuş xəstələrin yenidən “müayinə olunmaları üçün” komissiya yaradılması və bu mübarizədə qalib çıxan hansı ənam veriləcəyi, artıq ənam deyil zəhərdir. Sabirabad, Saatlı və İmişli rayonlarında 2000-ə yaxın bu əlillərin yoxlaması nəinki Azərbaycanda, hətta dünyanın heç bir ölkəsində baş verməmiş bir olaydır. Səhər saat 8.00 -dan gecə saat 3.00 -dək davam edən bu yoxlamaya məcburi gətirilənlərin ah-naləri, şaxtada açıq havada qalmaları, soyuqdan əlləri cadar-cadar olanların fəryadlarını eşitmək çox çətindir. Yəni Səlim Müslümovun əslində Füzuli Ələkbərovu təftiş etməsi əlillərin dağa-daşa salınması ilə nəticələnib. Boynu qalstuklu, əyinlərində bahalı şubalar olan xalatsız həkimlərin yalnız maskaları çatmırdı. Müstəntiq rolunda idilər və suallar verirdilər. Allah özü xeyrə calasın... hara gedirik?”

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt