Əsas Səhifə > Şou-biznes > GÜNAY İBRAHİMLİ "MAŞIN"DAN "DÜŞDÜ"...

GÜNAY İBRAHİMLİ "MAŞIN"DAN "DÜŞDÜ"...


19-12-2013, 08:58
GÜNAY İBRAHİMLİ "MAŞIN"DAN "DÜŞDÜ"...
Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun dördüncü yarış günü qalmaqallı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, yarışmada iştirakçılardan əksəriyyəti müğənni Günay İbrahimlinin oyundan uzaqlaşdırılmasını istəyiblər.

Veriliş ərzində müğənni Roza Zərgərli, Günay İbrahimli və aparıcı Günel Hümbətova arasında mübarizə gedib. Günel Roza Zərgərlini Günayı yönləndirməkdə ittiham edib. O, bildirib ki, G.İbrahimlinin öz fikri yoxdur və o, R.Zərgərlinin diktəsi ilə hərəkət edir. Günay İbrahimli isə aparıcının onunla 4 ildir ki, mübarizə apardığını və onu sevmədiyi üçün belə addım atdığını deyib. Günel isə bunun həqiqəti əks etdirmədiyini söyləyərək hər zaman aparıcılıq etdiyi verilişlərdə müğənniyə yer ayırdığını və diqqət göstərdiyini vurğulayıb.

Tamaşaçıların səsverməsi nəticəsində Günay İbrahimli tələb olunan səsi toplaya bilməyib və 32.26 faizlə yarışmada qalmaq şansını itirib. O, qalib gəlsəydi, Günel Hümbətovanı çıxaracağını da etiraf edib. Günel isə sadəcə gülümsəyərək Günayın verilişdən uzaqlaşmasını izləyib.
Xatırladaq ki, yarışmaçılar arasında müğənni Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina mübarizəni davam etdirir.
Qeyd edək ki, veriliş hər gün saat 23:00-da ATV telekanalında yayımlanır.

Geri qayıt