Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROV MƏHKƏMƏ QARŞISINDA

KƏMALƏDDİN HEYDƏROV MƏHKƏMƏ QARŞISINDA


9-02-2012, 17:36
KƏMALƏDDİN HEYDƏROV MƏHKƏMƏ QARŞISINDA

FHN-Nİ MƏHKƏMƏYƏ VERƏNLƏRİN SAYI 90-I KEÇDİ

Bu gün 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Kür daşqınlarından əziyyət çəkənlərin növbəti məhkəmə prosesi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, hakim Fəqan Əliyevin sədliyi ilə keçirilən iclasda İmişli sakinləri Əsəd Xəlilov, Sevda Həsənova və Elman Şahbazovun iddialarına baxılıb.

Məhkəmədə qeyd olunub ki, iş məhkəməyə təqdim olunandan sonra hər üç şəxsin evinə FHN-nin komissiyaları tərəfindən baxış keçirlib. Komissiya Sevda Həsənovanın evinin qəzalı olması haqda rəy açıqlayıb və yenidən tikilməsinə qərar verib. Əsəd Xəlilovla Elman Şahbazovun evinin isə təmir edilməsi iə bağlı qərar çıxarılıb.

Amma adı çəkilən son iki iddiaçı bu qərarla razılşamayaraq evlərinin qəzalı olduğunu iddia edib və yenidən tikilməsini tələb edib. Məhkəmə prosesində FHN təmsil edən vəkillə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahını təmsil edən vəkil arasında mübahisə olub.

Məhəkəmədə sakinlərini hüquqlarını müdafiə edən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının təmsliçliəri hakimdən işə ədalətli baxmasını və evlərə obyektiv baxış keçirilməsini tələb ediblər.

FHN-i təmsil edən vəkil isə buna etiraz edib. Məhkəmə nazirliyin təmsilçisinin vəsatətini qəbul edib.

Xatırladaq ki, ümumilikdə son aylarda Kür-Araz daşqıalnarından əziyyət çəkən insanlardan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına 600-ə yaxın şikayət məktubu daxil olub. Hazırda Kür Araz daşqınları ilə bağlı problemi həll olunmayan 90-dan artıq şəxsin iddia sənədləri hazırlanıb məhkəməyə təqdim olunub və artıq bi sıra iddialar üzrə məhkəmə prosesləri başlayıb.


Geri qayıt