Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANDA 5 MİN NƏFƏR AMNİSTİYAYA DÜŞƏCƏK
AZƏRBAYCANDA 5 MİN NƏFƏR AMNİSTİYAYA DÜŞƏCƏK9-02-2012, 17:32 |
ONLARIN ARASINDA SİYASİ MƏHBUSLARIN DA ADLARI VAR Prezident Administrasiyasında növbəti "Amnistiya Aktı haqqında" layihə hazırlanır. Bu barədə etibarlı mənbədən məlumat verilib. Bildirilib ki, Amnistiya Aktının hazırlanması istiqamətində ekspertlərdən ibarət işçi qrup yaradılıb və bu qrupa aidiyyatı dövlət qurumlarının mütəxəssisləri cəlb edilib. Sənədin nə zaman reallaşacığının dəqiq vaxtı bəlli olmasa da, hazırda amnistiyaya düşəcək müddəaların müəyyənləşdirilməsi üzərində ciddi iş gedir. "Amnistiya Aktı haqqında" layihə hazır olduqdan sonra sənəd Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim ediləcək. Növbəti amnistiyanın 5 mindən şox şəxsə şamil olunacağı gözlənilir. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclis Apratının rəhbəri Səfa Mirzəyev də jurnalistlərə Amnistiya Aktının qəbul olunacağını bildirmişdi. Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. 2007 və 2009-cu illərdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul edilib və bu amnistiya 20 minə yaxın məhkuma şamil edilib. Geri qayıt |