Əsas Səhifə > Partiya > ASƏF QULİYEV MİLLİ ŞURANIN MİTİNQİNİ DƏSTƏKLƏYİR

ASƏF QULİYEV MİLLİ ŞURANIN MİTİNQİNİ DƏSTƏKLƏYİR


13-12-2013, 12:31
ASƏF QULİYEV MİLLİ ŞURANIN MİTİNQİNİ DƏSTƏKLƏYİR
Bir müddət öncə AXCP və Milli Şuradan istefa verən Asəf Quliyev Hafta.az-a açıqlamasında bildirib ki, Milli Şuranın 15 dekabr mitinqində iştirak edib-etməyəcəyi dəqiq deyil: “Sabah bilinəcək. Ola bilsin sabah Türkiyəyə getdim. Getməsəm mitinqə qatılacağam. Özüm gedə bilməsəm də, tərəfdarlarım qatılacaq”.

A.Quliyev incikliklərə baxmayaraq, mitinqdən imtina etmir: “15 dekabr mitinq günüdür. Acı həqiqətdir ki, hər seçkidən sonra cəmiyyətdə bir ruh duşkünlüyü yaranır, bir-birimizi ittiham edirik. Son günlər Ukraynada baş verən hadisələr göstərdi ki, siyasi aktivlik üçün seçki yox, milli məsələ daha önəmlidir. Eyni milli məsələni həm Ukrayna, həm də biz yaşayırıq, nədən biz sakit formada gözləyirik? Yalnız facebook-da Ukrayna hadisələrini paylaşmaqla fəxr edirik? Mitinqə hər hansı bir partiyanın, blokun aksiyası kimi yox, milli etiraz forması kimi baxmalıyıq. Millətimizə, dövlətimizə sahib çıxmaq naminə ruh düşkünlüyümüzu, incikliyimizi bir kənara qoyub 15 dekabr mitinqinə qatılmalıyıq”.

Qeyd edək ki, Milli Şura qiymət artımına etiraz üçün dekabrın 15-ə mitinq təyin edib.

Geri qayıt