Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏR KABİNETİ TƏRKİBİNDƏ DƏYİŞİKLİK OLACAQ

NAZİRLƏR KABİNETİ TƏRKİBİNDƏ DƏYİŞİKLİK OLACAQ


13-12-2013, 12:02
NAZİRLƏR KABİNETİ TƏRKİBİNDƏ DƏYİŞİKLİK OLACAQ
BAŞ NAZİRİN MÜAVİNLƏRİNDƏN BİRİ YOLA SALINIR: TƏYİNAT GÖZLƏNİLİR

DİA.AZ: - Hakimiyyətin Nazirlər Kabineti strukturlarında daha bir dəyişikliyə gedəcəyi barədə hələ xeyli əvvəldən məlumat vermişik. Artıq bu məlumatımız da təsdiqlənmək üzərədir. DİA.AZ-a bilgili qaynaqlardan ötürülən informasiyadan aydın olur ki, yaxın günlərdə həm boş qalan baş nazirin müavini postuna təyinat olacaq və həm də baş nazirin müavinlərindən biri başqa bir vəzifəyə keçiriləcək.

Mənbəmiz hələlik həmin şəxsin kimliyi ilə bağlı açıqlama verməsə də, ortada daha çox iki fiqurun adı hallandırılır. Onlardan biri Elçin Əfəndiyev, digəri isə Abid Şərifovdur.

Məlumatlı mənbənin iddialarına görə yaxın günlərdə Nazirlər Kabinetinin strukturlarında da islahatlar aparılacaq. Bütün bu dəyişikliklərə ciddi tədarükün getdiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, əlavə qurumlar yaradıla bilər.

Geri qayıt