Əsas Səhifə > Güney Press, Araşdırma > XƏTAİ RAYONUNDA FÖVQƏLADƏ BÖHRAN

XƏTAİ RAYONUNDA FÖVQƏLADƏ BÖHRAN


9-02-2012, 13:43
XƏTAİ RAYONUNDA FÖVQƏLADƏ BÖHRAN

SAKİNLƏR HƏYATDAN TƏCRİD OLUNUBLAR

Məlumata görə, son iki gün ərzində kəskin soyuqla mübarizə aparan Xətai sakinləri qaz, su və istilik təchizatından məhrum olublar. Buna səbəb isə qaz və su borusunda baş verən qəza olub.

Artıq iki gündür ki, Xətai rayon Babək prospektində yerləşən binalara verilən su, qaz və istilik təchizatı dayandırılıb. Bu barədə redaksiyamıza bina sakinləri məlumat verib. Sakinlərin bildirdiklərinə görə, son iki gün ərzində havalar kəskin soyuduqdan sonra binalar qaz, su və istilik təchizatından məhrum olublar. Elektrik enerjisinin verilməsində isə fasilələr olur.

Yaranmış problemlərlə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq. “Azərsu” və “Azəriqaz”ın qaynar xəttindən bildirdilər ki, su və qaz təchizatının dayandırılmasının səbəbi, Keşlə ərazisində baş vermiş qəza ilə bağlıdır. Hazırda təmir işləri gedir, qısa müddətdən sonra binalar qaz və su ilə təchiz olunacaqlar.

İstilik Təchizat İdarəsindən də bildirdilər ki, yaranmış problem qazın bərpası ilə bağlıdır. Keşlə ərazisindən keçən qaz boru xəttində baş vermiş qəza aradan qaldırıldıqdan sonra binalar istilik sistemi ilə təchiz olunacaqlar.


Geri qayıt